azia.az
azia.az

Qızılca xəstəliyinin yayılma riski artıb

12-11-2021, 09:08


"Yoluxma hallarının sayının azalmasına baxmayaraq, dünyada qızılca xəstəliyinin yayılma riski artmaqda davam edir".
Qızılca xəstəliyinin yayılma riski artıb
Azia.az APA-ya istinadən xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) ilə ABŞ Xəstəliklərə Nəzarət və Qarşısının Alınması Mərkəzlərinin (CDC) birgə dərc etdiyi yeni hesabatda bildirilib.

Hesabatda qeyd olunub ki, 2020-ci ildə COVID-19 pandemiyası səbəbindən 22 milyondan çox uşaq qızılca peyvəndinin ilk dozasını buraxıb ki, bu da 2019-cu illə müqayisədə 3 milyon çoxdur: "Bu, son iki onillikdə ən böyük artımdır və xəstəliyin yeni ocaqları üçün təhlükəli mühit yaradır. Buna baxmayaraq, eyni zamanda, əvvəlki illə müqayisədə 2020-ci ildə qızılcaya yoluxma hallarının sayı 80%-dən çox azalıb".


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi