Tökülmüş saçları 7 günə bərpa edir, ipək kimi və hamar saçlara qovuşdurur MÜKƏMMƏL VƏ ƏN UCUZ RESEPT
Bildirilir ki, həmçinin saçları xaricdən də qidalandırmaq lazımdır. Bunun üçün həftədə 2 dəfə bərpaedici maskalar etmək lazımdır.
Bu kimi maskalardan istifadə edə bilərsiniz:
- 1 xörək qaşığı ayıpəncəsi yağı, 1 xörək qaşığı gənəgərçək yağı, 1 xörək qaşığı ərik yağı, 1 dənə yumurta sarısı, 1 çay qaşığı bal yaxşı qarışdırılır və saçlara çəkilir. Daha sonra saçları sellofan plyonkaya, sonra dəsmala bükmək və 2 saatdan sonra qidalandırıcı şampunla yaxşı yumaq lazımdır.
- 1 xörək qaşığı çaytikanı yağı, 1 xörək qaşığı ayıpəncəsi yağı, 1 çay qaşığı A vitamini və 1 çay qaşığı E vitamini (apteklərdə satılır) yaxşı qarışdırılır və saçlara çəkilir. Sonra saçları sellofan plyonkaya, daha sonra dəsmala bükmək və 2 saatdan sonra qidalandırıcı şampunla yaxşı yumaq lazımdır.
- 1 çay qaşığı təzə mayanın üzərinə bir qədər ilıq su tökün və isti yerə qoyun. Maya qıcqırmağa başladıqda 1 yumurtanın sarısını, 1 xörək qaşığı xama və 1 çay qaşığı bal əlavə edin və qarışdırın. Yuxarıda təqdim olunan maskalar kimi istifadə olunur.
- Yağla massaj da çox yaxşı kömək edir. Bir qədər gənəgərçək və ya ayıpəncəsi yağı buxarda qızdırılır (isti olmamalıdır!) və massaj hərəkətləri ilə baş dərisinə sürtülür. Massajı 10-15 dəqiqə etmək lazımdır.
Bunlardan əlavə xüsusi saçlar üçün olan vitaminləri qəbul etmək olar (vitaminləri həkim təyin etməlidir).
Düzgün qidalanma, mayenin kifayət qədər qəbulu, maskaların və massajın istifadəsi saçlarınızın vəziyyətini yaxşılaşdıracaq. Lakin səbirli olun, effekt 1 aydan sonra görünə bilər.