azia.az
azia.az

Tükürpədici etiraf: 100-dən çox xəstəni bu üsulla öldürüb

25-10-2021, 08:56

Tükürpədici etiraf:  100-dən çox xəstəni bu üsulla öldürüb
Niderlandın Brabant bölgəsində yaşayan psixoloq Uim van Dijk "Volkskrant" qəzetinə verdiyi müsahibədə xəstələrinə istifadə etdikdən qısa müddət sonra insanları öldürdüyü bildirilən "X" adlı dərmanı verdiyini etiraf edib.

Xəbər verilir ki, psixoloq söylədiklərinin nəticələrinin fərqində olduğunu, amma əhəmiyyət vermədiyini vurğulayıb.

Xəbərdə "intihar tozu" və "ölümcül toz" adlandırılan dərmanın Niderland Ədliyyə Nazirliyi tərəfindən satışına və yayılmasına qadağa qoyulmasına baxmayaraq, qanunsuz olaraq əldə edilə biləcəyi qeyd edilib.

Ölkə mətbuatı müsahibədən sonra Eyndhoven polisi tərəfindən saxlanılan və sorğu-suala tutulan 78 yaşlı psixoloq barəsində "intihara kömək etmək" və "dərman qanunlarını pozmaq" ittihamı ilə istintaq başladıldığını yazıb.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    May 2022    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi