azia.az
azia.az

“Şuşa bədbəxt və qaranlıq şəhər idi” - Paşinyan dediklərini danmadı

7-10-2021, 07:43


“Şuşa bədbəxt və qaranlıq şəhər idi” - Paşinyan dediklərini danmadı
"30 il ərzində Şuşaya nə qədər sərmayə qoyulmuşdu? Baden-Badenə qoyulan sərmayə ilə Şuşaya qoyulan sərmayəni müqayisə edək? (Xocalı qatili Serj Sarqsyanın Baden-Badendəki korrupsiya kapitalı nəzərədə tutulur - red.)".
"Azia.az " "qafqazinfo"-ya istinadən xəbər verir ki, bu sözləri Ermənistanın Baş naziri Nikol Paşinyan müxalif blokdan olan deputat Tiqran Abraamyanın "Şuşada 30 ildə niyə evlər tikilmədi. Pul yox idi? Yoxsa nə?" sualına cavabında deyib.

Paşinyan Litvada erməni diasporu ilə görüşü zamanı səsləndirdiyi "Şuşa bədbəxt və qaranlıq şəhər idi" sözlərinin üzərində dayandığını qeyd edib:

"Gəlin bu rəqəmləri müqayisə edək, yoxsa buna dəyməz? Bu suallarla nə axtarırsınız? Yoxsa sizə elə gəlir ki, Şuşada yalnız siz olmusunuz? Mən yox idim, başqa insanlar yox idi və heç kim orada vəziyyətin necə olduğunu görmədi? Sanki paralel reallıqlarda yaşayırıq. Bəli, dediklərim doğrudur".


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi