azia.az
azia.az

İmmunitetin zəifləməsini göstərən GİZLİ ƏLAMƏTLƏR

24-09-2021, 08:31


Mütəxəssis payızda immunitetin zəiflədiyini göstərən gizli əlamətlərdən danışıb.
İmmunitetin zəifləməsini göstərən GİZLİ ƏLAMƏTLƏR
Azia.az Publika.az-a istinadən xəbər verir ki, Rusiyanın İmmunoreabilitasiya və Profilaktik Tibb Klinikaları şəbəkəsinin elmi direktoru Olqa Şuppo jurnalistlərə payızda immunitetin azaldığını göstərən beş qeyri-müəyyən əlamətin olduğunu söyləyib.

Həkim bildirib ki, ilk növbədə daimi yorğunluq hissinə və yaddaşın pozulmasına diqqət etməlisiniz. Bu cür simptomlar xroniki stress və tiroid disfunksiyasına təsir göstərə bilər.

Eyni zamanda allergiya və herpesin kəskinləşməsi də immunitetin zəifləməsindən xəbər verir: "Normal vəziyyətdə orqanizm infeksiyanı basdıra bilir, ancaq immunitet zəifləyibsə, virus periodik olaraq aktivləşir. Bundan əlavə, saç tökülməsi və dirsəklərdə quruluq kimi simptomlara laqeyd yanaşmayın".


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    May 2022    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi