azia.az
azia.az

“Bu gün ən böyük təhlükə...” - EKSPERTDƏN HƏYƏCAN TƏBİLİ

12-06-2020, 19:12

“Bu gün ən böyük təhlükə...” - EKSPERTDƏN HƏYƏCAN TƏBİLİ

“Bu gün ən böyük təhlükə koronavirusa yoluxan şəxsin ikinci dəfə bu xəstəliyə yoluxma ehtimalının olub-olmamasıdır. Çünki buna heç bir alim 100 fazi zəmanət verə bilmir”.

Azia.Az xəbər verir ki, bunu İctimai İslahatlar Mərkəzinin eksperti, həkim Nabil Seyidov ATV telekanalında yayımlanan “ATV Qərargah” verilişində çıxışı zamanı deyib.

N.Seyidov virusa yoluxan insanın təkrar yoluxma ehtimalı ilə bağlı sualların hələ də cavabsız qaldığını deyib:

“Hələ heç bir ölkənin səhiyyə sistemi, alimi, mütəxəssisi koronavirusa yoluxan insanın təkrar bu virusa yoluxma riskinin olub-olmaması ilə bağlı dəqiq informasiya verməyib. Yalnız virusa yoluxan insanların orqanizmlərində həmin virusa qarşı immunitetin formalaşdığı deyilir. Amma bu immunitetin nə qədər davam edəcəyi ilə bağlı məlumat yoxdur. Bu yarım ay, bir il də davam edə bilər, daha az müddət də.

İkinci məqam isə vaksin məsələsidir. Bu vaksin tapılmayıb. Amma tapılsa belə, həmin peyvəndlər hansı müddət ərzində öz təsirini göstərəcək? Bu çox riskli məsələdir. Vaksinlər qısa müddətdə hazırlanmır. Digər məqam isə dərman preparatlarıdır. Təəssüf ki, bu gün koronavirusla bağlı bu üç üsuldan heç biri əlçatan deyil. Azərbaycan da daxil olmaqla, bütün dünya ölkələrinin əsas hədəfi bu istiqamətdir. Çünki bu problemlər nə qədər gec həll olunsa, yoluxma hallarının, pandemiya dövrünün uzanması da bir o qədər davam edə bilər”.(Oxu.Az)


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi