" Elə deyirlər ki, bu torpaqlar Rəsul Quliyevindir, vəssalam. İndi 33 yaşlı bir gənci – Ağasif Şakiroğlunu salıblar qabağa. Partiyası var – “Gələcək Azərbaycan“. Allah eləməmiş, o, hakimiyyətə gəlsə, vay Azərbaycanın gələcək halına."
“Keçmiş milli təhlükəsizlik naziri Eldar Mahmudov da xəbər göndərmişdi ki, o bağ evini (Bilgəhdəki bağı nəzərdə tutur – red) təsadüfi adamlara satmaq olmaz, əhəmiyyətli yerdədir”.
Azia.az-ın xəbərinə görə, bunu sabiq deputat Qalib Salahzadə bildirib.
Q.Salahzadə qeyd edib ki, qonşuluqda Rusiya səfirliyinin 1 hektar 60 sot bağı var: “Həmin 60 sot Rəsul Quliyevin idi. Rafael Allahverdiyev Bakı meri gələndə Rəsul Quliyevin adına olan bütün mülkləri satdı, dağıtdı. Çünki Rəsul başqa adamı mer qoydurmaq istəyirdi. Mənim 68 yaşım var. İndi məni məhkəməyə verirlər. Qoy onlar utansınlar ki, 33 yaşlı bir gənci mənim qarşıma çıxarırlar. Təəssüf ki, məhkəmələr də bəzi vaxtlatda onların tərəfini saxlayır. Mənim bağ evimi əlimdən almaq istəyən adamların 80 faizinin Bilgəhdə bağları var. Gözləri doymur. Mənim də bağımı zəbt etmək istəyirlər”.
“Mən 2009-cu ildən orada qeydiyyatdayam. Ailə üzvlərim də bağdakı ayrı-ayrı evlərə qeydiyyatdadır. Bunlar torpaqları alqı-satqı yolu ilə bələdiyyədən alıblar. Mənim iki dayım və iki xalamın əllərində bələdiyyə sənədləri var. Sənədə əsasən Rəsul Qulıyevin iddia etdiyi torpaqlar Bakı şəhəri Bağlar İdarəsinə məxsusdur. Mənim bağım isə Abşeron rayonuna məxsusdur. Əlimdə xəritələr var. Amma bunlar xəritə saymırlar. Elə deyirlər ki, bu torpaqlar Rəsul Quliyevindir, vəssalam. İndi 33 yaşlı bir gənci – Ağasif Şakiroğlunu salıblar qabağa. Partiyası var – “Gələcək Azərbaycan“. Allah eləməmiş, o, hakimiyyətə gəlsə, vay Azərbaycanın gələcək halına. O partiyanın üzvlərinin sayı bizim məhəllənin sakinlərinin sayından az olar” – Q.Salahzadə deyib.
Sabiq deputat bağı “Qaçqınkom”un hazırkı sədri Rövşən Rzayevin almaq istədiyini bildirib: “Öz adamları vasitəsilə mənə xəbər göndərmişdi ki, sözügedən torpaq mülkiyyətini notariusa gələrək alqı-satqı edim. Mən də razılaşmadım. Dedim ki, o torpaq mənimdir, niyə alqı-satqı etməliyəm?”
Az24saat.org