Azərbaycan iki ermənini GERİ QAYTARDI
Ermənistan Milli Təhlükəsizlik Xidməti saat 23:45-də Azərbaycan tərəfinin Azərbaycan ərazisində olan iki Ermənistan vətəndaşını geri qaytardığını bildirib.
Məlumata görə, Ermənistan Milli Təhlükəsizlik Xidmətindən bildirilib ki, bu, Ermənistan Milli Təhlükəsizlik Xidməti və Rusiya FTX sərhədçilərinin həyata keçirdikləri tədbirlər nəticəsində əldə edilib.
Daha əvvəl Ermənistanın Milli Təhlükəsizlik Xidməti, Ermənistanın Kotayk bölgəsindəki Kasax kəndinin iki sakininin Gorus-Qafan yolu ilə hərəkət edərkən magistral yoldan çıxaraq Azərbaycanın nəzarətində olan əraziyə keçdikləri barədə məlumat yaymışdı.Redaktor.az