azia.az
azia.az

"Məhkəmədə uduzan tərəf işin düzgün aparılmadığı barədə cəmiyyətdə yanlış fikir formalaşdırır"

2-09-2021, 11:56

"Məhkəmədə uduzan tərəf işin düzgün aparılmadığı barədə cəmiyyətdə yanlış fikir formalaşdırır"
"Oktyabr ayından məhkəmə-hüquq sistemində bir sıra yeniliklərin tətbiqinə başlanılacaq. Onlardan biri yazılı icraat qaydasının tətbiqi olacaq".

E-huquq.az xəbər verir ki, bunu Türkiyədə səfərdə olan Ali Məhkəmənin sədri Ramiz Rzayev məhkəmə sistemində son vaxtlar aparılan islahatlar və xarici təcrübə ilə bağlı jurnalistlərin suallarını cavablandırarkən deyib.

Onun sözlərinə görə, bütün apelyasiya məhkəmələrində dəyişikliklər olub, Ali Məhkəməyə yeni kadrlar gəlib: "Sonuncu fərmanla bağlı Ali Məhkəmənin aparatının strukturu yenidən qurulub. Məhkəmə sistemində çox böyük dəyişikliklər var. Yeni Mülki Prossesual Məcəlləyə böyük dəyişikliklər etdilər.

Bilirsiniz ki, oktyabrın 1-dən biz yazılı icraata keçəcəyik. Bu, çox böyük yenilikdir. Ümumiyyətlə, məhkəmə sistemində böyük islahatlar aparılıb. Bunun da nəticələri göz önündədir. Deyə bilərəm ki, müsbət nəticələr var. Bunu vətəndaşların bizə müraciətlərindən də görürük. Eyni zamanda işlərin keyfiyyəti də bunu təsdiq edir. Bu proses daim davam edən prosesdir. Biz çalışırıq ki, qəbul etdiyimiz qərarlar ədalətli və qanuni olsun. Türkiyə bizə qardaş ölkədir və təcrübəsi də bizə yaxındır, bəllidir. Ancaq biz həm Türkiyənin, həm də digər ölkələrin ən müasir Avropa İnsan Haqları Məhkəməsinin təcrübəsini məhkəmələrimizdə tətbiq edirik".

R. Rzayev qeyd edib ki, bu gün məhkəmə sistemində tam şəffaflıq yaranıb: "Bütün proseslər, protokollar audio, video və yazı ilə müşahidə olunur. Düzdür, müəyyən çatışmazlıqlar da var. Bunu biz daha yaxşı bilirik. Çalışırıq ki, bunlar da həll olunsun. Məhkəmə prosesi elə bir fəaliyyətdir ki, bir tərəf həmişə uduzur və bir tərəf həmişə narazı qalır. Ona görə də hər zaman belə bir ictimai fikir formalaşdırırlar ki, iş düzgün olmayıb. Ancaq bu o qədər də həqiqətə uyğun bir məsələ deyil. Bu nə qədər ədalətlidir və ya nə qədər ədalətsizdir onu biz daha yaxşı bilirik".


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi