YAP-dan ANS-lə bağlı açıqlama
“Artıq bu məsələyə son qoyulub”
“Biz məhkəmə qərarlarına hörmətlə yanaşan bir təşkilatıq. Artıq ANS-lə bağlı məhkəmə öz qərarını verib. Ortada olan materiallar araşdırılıb”.
Bunu Modern.az-a açıqlamasında YAP siyasi şurasının üzvü, deputat Aydın Mirzəzadə deyib. Deputat, son olaraq məhkəmənin qərarına hörmətlə yanaşıldığını bildirib.
“Eyni zamanda, biz hüquqi dövlətdə yaşayırıq. Məhkəmə qərarına hörmətlə yanaşılmaldır. Məhkəmə artıq bu məsələyə son qoyub. Düşünürəm ki, məhkəmə qərarlarına rəy vermək düzgün deyil”.
Qeyd edək ki, dünən Ali Məhkəmədə ANS Müstəqil Yayım və Media Şirkətinin lisenziyasının ləğvi barədə Bakı Apellasiya Məhkəməsinin qərarından verdiyi kassasiya şikayəti üzrə proses keçirilib. Yekun olaraq Məhkəmənin qərarına əsasən, ANS-in şikayəti təmin edilməyib.