azia.az
azia.az

Londondakı məşhur kazinoda 26 milyon dollar uduzub “aradan çıxan” kimdir...

29-08-2021, 15:17


Londondakı məşhur kazinoda 26 milyon dollar uduzub “aradan çıxan” kimdir...
Londonun “Les Ambassadeurs” kazinosu çinli milyarderə qarşı məhkəmə iddiası qaldırıb və onun bir neçə il əvvəl uduzduğu milyonlarla dolları vermədiyini bildirir. İddiada məhkəmədən xahiş edilir ki, milyarderin aktivləri bloklansın.

Xarici KİV-lərə istinadən xəbər verilir ki, milyarder Yu Sonqbo 2018-ci ilin aprelində “Les Ambassadeurs” kazinosunda 26 milyon dollar uduzub. Bir müddət sonra biznesmen kazino rəhbərliyi ilə borcun 3 milyon dollar azaldılması barədə razılığa gəlib və 10 milyon dollara yaxın ödəyib. Lakin daha sonra “yoxa çıxıb” və kazino nümayəndələri onunla təmas qura bilməyib, nəticədə məhkəməyə müraciət olunub.


Londondakı məşhur kazinoda 26 milyon dollar uduzub “aradan çıxan” kimdir...
“Les Ambassadeurs” kazinosu Londonda məşhurdur və bir çox Ceyms Bond filmlərində adı çəkilir. Bu kazino-kluba illik üzvlük haqqı 33 min dollardır.

Kazinoda uduzub pulu verməyən çinli milyarder isə Çində yerləşən “Herun Group” şirkətinin sahibidir, bu şirkət daşınmaz əmlak, enerji nəqli, gəmiqayırma, logistika və sənaye investisiyası kimi sahələrdə fəaliyyət göstərir.virtualaz.org


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi