Bu proses uşaqlarda ağır xəstəliyə səbəb ola bilər
İki yaşına qədər uşaqlara telefon və monitor izlətmək olmaz.
Azia.az xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin baş pediatrı Erkin Rəhimov deyib.
O bildirib ki, bu proses uşaqlarda ağır xəstəliyə səbəb ola bilər:
"Bəzən analar uşaqlarını xüsusən yemək yedizdirərkən telefon, planşet və monitor izlətdirirlər. Bunu etməsinlər. Bu proses sonra uşaqlarda autizm xəstəliyi əmələ gətirə bilər. Valideynlər bu hərəkətlərdən çəkinməlidirlər. 2 yaşına qədər uşaqlara monitor izlətmək təhlükəlidir".