Tanınmış ilahiyyatçı Məhərrəmlik ayinlərinə qarşı çıxdı: “Mən bu dində deyiləm...”
"Əgər İslam Məhərrəm ayı boyunca özünü döyməkdirsə, mən bu dində deyiləm".
Bunu Azia.az-a açıqlamasında ilahiyyatçı Elşad Miri deyib. O, Məhərrəm ayının ərəblərə xas olduğunu və fərqlilik daşımadığını deyib:
"Bizdə yanvar ayı, yəni xristianların milad ayı başlayanda xristianlar kilsəyə gedib ayboyu mərazim düzənləyir? Peyğəmbər özü Məhərrəm ayı girəndə nə edib? Özünü məscidə qapamayıb, orada mərsiyyəyə və s. qulaq asmayıb. Bu gün həqiqətən peyğəmbərin nəvəsi üçün yas tuturuqsa, o zaman peyğəmbər niyə özündən əvvəl hansısa peyğəmbərə, ya övladılarının vəfat etdiyi aylarda davamlı olaraq onlara yas tutmayıb? Əlbəttə, bu kimi hallar olmayıb. İstər Məhərrəm, istərsə də Səfər, Ramazan ayları ərəblərin təqviminə görədir. Niyə biz bu ayları müqəddəsləşdiririk?".
İlahiyyatçı
məsciddə ibadət etməyin nümayiş xarakterli olduğunu da qeyd edib:
"Necə ki, Məhərrəmlikdə məscidə gedirik, eləcə də bütün digər aylarda məscidə getmək olar. Bir ayı müqəddəsləşdirmək nəyə lazımdır? İbadətdə əsas odur ki, bu əməl ürəkdən gəlsin, həqiqi olsun. Yoxsa, məscidə gedib, ibadət edib özünü orada başqalarına nümayiş etdirmək nəyə gərəkdir? Dindarlığı Allaha, insanlığı insana göstərmək lazımdır".
Qeyd edək ki, Azərbaycanda Məhərrəm ayı avqustun 10-u başlayacaq.