azia.az
azia.az

Bakı Dövlət Sirkinin ərazisini zəbt etmiş "KOBRA"... - Və nazirliyin gecikən cavabı...

7-08-2021, 13:29

Bakı Dövlət Sirkinin ərazisini zəbt etmiş "KOBRA"... - Və nazirliyin gecikən cavabı...
18 may 2021-ci il tarixdə aşağıdakı məzmunda olan şikayət məktubu əsasında yazı hazırlandı və əvvəlcədən mövqe bildirilməsi üçün Azərbaycan Mədəniyyət Nazirliyinə elektron qaydada göndərildi. Üstündən təxminən 3 ay sonra bu gün- rəsmi cavab məktubu gəlib. Halbuki "KİV haqqında" və "İnformasiya əldə etmək haqqında" Qanunlarda sorğuya cavab vermə müddəti ən geci beş iş günüdür...
Beləliklə, sirkin əməkdaşlarının Azərbaycan Prezidenti cənab İlham Əliyevə, Baş Prokuror Kamran Əliyevə, Azərbaycan mədəniyyət naziri Anar Kərimova və Bakı Dövlət Sirkinin yeni direktoru Elmir Hüseynova müraciətini təkrar dərc etməli olduq:
...Xəbər verildiyi kimi, Azərbaycan mədəniyyət naziri Anar Kərimovun 13 mart 2021-ci il tarixli əmri ilə Elmir Hüseynov Bakı Dövlət Sirkinə yeni direktor təyin olunub. Qeyd edək ki, Bakı Dövlət Sirkinin əvvəlki direktoru, Əməkdar mədəniyyət işçisi Vaqif Bağırzadə bu ilin martında vəfat edib. Beləliklə, «Təzadlar»a Bakı Dövlət Sirkinin bir neçə əməkdaşının Azərbaycan Prezidenti İlham Əliyevə, Baş Prokuror Kamran Əliyevə, Azərbaycan mədəniyyət naziri Anar Kərimova və Bakı Dövlət Sirkinin yeni direktoru Elmir Hüseynova ünvanlı müraciəti daxil olub. Müraciət müəllifləri bəlli səbəbdən («KİV haqqında» Qanunun tələbləri baxımından nəzərə alınıb) hələki adlarının çəkilməsini istəmədiklərini qeyd edərək yazırlar:
«Çöx hörmətli cənab Prezident!
Bakı Dövlət Sirkinin ərazisini zəbt etmiş "KOBRA"... - Və nazirliyin gecikən cavabı...
Bildiririk ki, pandemiya ilə bağlı uzun müddətdir Bakı Dövlət Sirki fəaliyyətini dondurub. Ona görə də biz texniki və yaradıcı əməkdaşların maddi durumu başadüşüləndir. Lakin bilirik ki, ölkəmizdə bu istiqamətdə görülən vacib tədbirlər nəticəsində tezliklə mədəni-kütləvi tədbirlərə icazə veriləcək. Lakin bu gün həqiqətən də maddi durumumuz çətindir. Bəzi işçilər məcburən alternativ sahələrdə çalışmalara üstünlük veriblər. Hələ sabiq mədəniyyət naziri Əbülfəz Qarayevin dönəmində sirkin mərhum direktoru tərəfindən bu istiqamətdə hansısa tədbirlərin görülməsi barədə müraciət etsə də, nəticəvi iş görülmədi. Sağ olsun, həm indiki nazir Anar Kərimov, həm də sirkin hazırkı direktoru Elmir Hüseynov vəziyyətin stabilləşməsi və işçilərin maddi durumunun yaxşılaşması, sirkin yaşadılması və s. istiqamətində tədbirlər görməyə çalışırlar. Təbii ki, belə bir zamanda alternativ maddi mənbələrdən istifadə edilməlidir. Belə ki, uzun illərdir Bakı Dövlət Sirkinin ərazisinin bir hissəsi «Görüş» adlı restorana icarəyə verilmişdi. Zamanında sirkin rəhbərliyi buna etiraz etsə də, sabiq mədəniyyyət nazir Əbülfəz Qarayev və nazirliyin bu sahəyə baxan məsul rəhbər işçiləri əksinə, bizi borclu çıxartdılar. Bildiyimiz qədər, Sirkin ərazisi 10 ildən çoxdur həmin «Görüş» restoranına icarəyə verilmişdir. Hazırda isə həmin restoranın adı dəyişdirilib və «Qəbələ-Xanlar» restoranı qoyulub. İcarə müqaviləsi də «Kobra» adlı MMC ilə bağlanıb. «Kobra» MMC-nin isə sahibinin kimliyi bilinmir. Çünki əgər ərazi Bakı Dövlət Sirkinindirsə, sirkimizin himayəsində belə bir MMC təsis edilməyib. Yəni, icarə müqaviləsi yalnız sirklə bağlana bilər.

Cənab Prezident!

Bakı Dövlət Sirkinin ərazisində fəaliyyət göstərən əvvəlki adı «Görüş», indiki adı «Qəbələ-Xanlar» restoranı olan iaşə obyektindən indiyədək sirkin büdcəsinə nə qədər vəsaitin daxil olmasından kimsənin xəbəri yoxdur. Müşahidə aparılsa, hər gün yüzlərlə müştərisi olan restoranın qarşısında dayanan dövlət nömrə nişanlı avtomobillərdən və seriyası bahalı maşınlardan bilmək olar ki, bu obyektin aylıq dövriyyəsi kifayət qədər böyük rəqəmlidir. Amma burdan-bura Sirkin işçiləri məvaciblərini belə alıb dolana bilmirlər, yaxud Sirkin ən azı cari təmirinə vəsait tapılmır. Sirkin kənardan görünüşü dövrümüzün tələblərinə qəti uyğun gəlmir, fasatında artıq alaq otları baş qaldırıb. Çünki bu işləri görmək üçün vəsait yoxdur. Halbuki adı çəkilən restoranın ərazisində/, yəni Sirkin əraziçində qanunsuz olaraq genişləndirmə işləri aparılıb, «domik»lər tikilib. Bu isə dövlətimizin balansında olan belə bir strateji obyektin-Bakı Dövlət Sirkinin təyinatına, zahiri quruluşuna qətiyyən uyğun gəlmir. Bəzən isə küləkli havalarda adı çəkilən restorandan qalxan kabab-yemək tüstüsü sirkin içərisinə dolur, güclə başını saxlayan işçilərin ovqatını zəhərə döndərir. Əgər restoran açmaq lazım idisə, elə vaxtında Mədəniyyət Nazirlyinin qərarı ilə Bakı Dövlət Sirkinin rəhbərliyi özü burada iaşə obyekti açdırıb işçilərin sosial durumuna yaxşılıq gətirərdi.

Cənab Prezident, bunları nəzərə alaraq Bakı Dövlət Sirkinin ərazisində uzun illərdir özünə yuva qurmuş restoranla bağlanmış müqaviləyə yenidən baxılması, həmin restoranın icarə müqaviləsindən daxilolmaların araşdırılması, restoranın vergi öhdəliklərini öyrənilməsi və s. barədə aidiyyəti üzrə tapşırıq verməyinizi xahiş edirik.

Dərin hörmətlə:

Bakı Dövlət Sirkinin bir qrup işçiləri"

Redaksiyadan: məsələyə aydınlıq gətirilməsi üçün qeyd olunan şikayəti Azərbaycan Mədəniyyət Nazirliyinin və İqtisadiyyat Nazirliyi nəzdində Dövlət Vergilər Xidmətinin, eləcə də Baş Prokurorluğun elektron poçtuna göndərdik. Nəticəsi barədə əlavə məlumat veriləcək. Ümumiyyətlə, belə bir strateji-spesifik mədəniyyət obyektinin (sirkdə təbiətin vəhşi heyvanları saxlanılır, məşq edilir. Kabab iyi onların diqqətini əyləncəli vərdişlərdən yayındırmırmı?) ərazisində restoranın olması nə dərəcədə qanunamüvafiqdir? Vaxtılə «Azərbaycanfilm»in ərazisində belə bir restoran yaradılmışdı, bir müddət sonra dərhal sökülməsinə sərəncam verilmişdi və s.

***

Bu da rəsmi cavabın foto surəti: //tezadlar.az//


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi