azia.az
azia.az

SON DƏQİQƏ! Azərbaycan və Ermənistan hərbçiləri arasında baş vermiş insidentin VİDEOSU YAYILDI

26-05-2021, 11:38


Azərbaycan və Ermənistan silahlı qüvvələri arasında baş vermiş gərgin anların video görüntüsü yayılıb.
SON DƏQİQƏ! Azərbaycan və Ermənistan hərbçiləri arasında baş vermiş insidentin VİDEOSU YAYILDI
Oxu24.com xəbər verir ki, videodan da göründüyü kimi təxribatçı erməni əsgərləri ərazidə xidmət aparan Azərbaycan əsgərlərinə hücum edir. Nəticədə tərəflər arasında qarşıdurma yaranır.

Sözügedən videonu Ermənistanın Tert.am saytı yayıb. Məlumata görə, video Syunikdə çəkilib.

Qeyd edək ki, Azərbaycan Müdafiə Nazirliyinin yaydığı açıqlamada bildirilib ki,

mayın 25-də günorta saatlarında Ermənistan silahlı qüvvələrinin şəxsi heyətlə dolu yeddi yük maşını sərhədin qeyd olunan sahəsinə yaxınlaşmağa cəhd edib:


Birmənalı şəkildə bildiririk ki, bölmələrimiz tərəfindən qarşı tərəf istiqamətində heç bir atəş açılmayıb.

Sərəncamımızda olan məlumata əsasən erməni hərbi qulluqçusunun ölümü ilə bağlı insident bədbəxt hadisə nəticəsində baş verib. Bu hadisənin Azərbaycan tərəfi ilə hər hansı bir əlaqəsi yoxdur.

Bildiririk ki, Azərbaycan tərəfi məsələ ilə əlaqədar Rusiya tərəfi ilə də daimi təmasdadır".


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi