azia.az
azia.az

Eldar Mahmudovun Bakıdakı şirkəti ləğv olunur

4-05-2021, 19:49



Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinə rəhbərlik etmiş Eldar Mahmudovun ailə biznes imperiyasına daxil olan “Kristal İnşaat” MMC şirkəti ləğv olunur. Bu barədə elan İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin “Vergilər” qəzetində yerləşdirilib.
Eldar Mahmudovun Bakıdakı şirkəti ləğv olunur
Elana əsasən kreditorlar tələblərini 2 ay ərzində Bakı şəhəri, Xətai rayonu, Yusif Səfərov küçəsi, ev 23a ünvanına təqdim edə bilərlər.

“Kristal İnşaat” MMC Eldar Mahmudovun oğlu Anar Mahmudovun rəhbərlik etdiyi “Caspian Crystal Holding” şirkətlər qrupuna daxil idi. Şirkət 2008-ci ildə dövlət qeydiyyatına alınıb, nizamnamə kapitalı 50 manat, qanuni təmsilçisi isə Musa Məmməd oğlu Mahmudovdur.



“Kristal İnşaat” MMC Eldar Mahmudovun nazir olduğu dövrlərdə Bakıda çoxmərtəbəli yaşayış binaları, ofis mərkəzləri tikirdi. Ötən il məlum olmuşdu ki, “Kristal İnşaat”-ın dövlət büdcəsinə 220 min 708 manat vergi borcu var. Həmin borcun ödənilib-ödənilmədiyi məlum deyil.

Bundan başqa “Kristal İnşaat” MMC ilə eyni ünvanda yerləşən – Xətai rayon, Yusif Səfərov, ev 23 A-da yerləşən “Crystal Med” MMC-nin də dövlət büdcəsinə 1 338 manat 14 qəpik vergi borcu var.

Eldar Mahmudov vəzifədən çıxarılmazdan bir neçə ay əvvəl biznesinin böyük hissəsini xarici offşor zonalara keçirməyə nail olub. Ötən ilin yazında beynəlxalq araşdırmaçı jurnalistlər qrupu Emin Mahmudovun və Eldar Mahmudovun digər ailə üzvlərinin Britaniya, İspaniya, Lüksemburq, Litva və Kiprdə yüz milyonlarla dollarlıq daşınmaz əmlaka, şirkətlərə və digər aktivlərə malik olduğunu üzə çıxarmışdı.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi