azia.az
azia.az

Baş nazir: “Şişirdilmiş qiymətlərlə satınalmaların qarşısı qətiyyətlə alınacaq”

16-03-2021, 19:35

Baş nazir: “Şişirdilmiş qiymətlərlə satınalmaların qarşısı qətiyyətlə alınacaq”
2020-ci il Prezident İlham Əliyevin rəhbərliyi ilə torpaqlarımzın azad edilməsi ilə əlamətdar olub. Bu zəfər əsgər və zabitlərimizin iradəsini, xalqımızın əzmini bütün dünyaya nümayiş etdirdi.

Baş nazir Əli Əsədov parlamentin bu gün keçirilən plenar iclasında hökumətin hesabatını təqdim edərkən belə deyib.

Onun sözlərinə görə, uzun illər ərzində yaradılmış iqtisadi və hərbi potensial düşmən üzərində qələbəmizi şərtləndirdi: “Bu münasibətlə hər kəsi təbrik edirəm”.

Baş nazir bildirib ki, azad edilmiş torpaqlarda ən müasir suvarma sistemləri yaradılacaq. Onun sözlərinə görə, bu il və qarşıdakı dövr ərzində büdcə vəsaitlərindən səmərəli istifadə olunması üçün nəzarətin daha da gücləndirilməsi tapşırığı verilib: “Şişirdilmiş qiymətlərlə satınalmaların qarşısı qətiyyətlə alınacaq”.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi