azia.az
azia.az

General Xaqani Cəbrayılovun restoranları, torpaq sahələri, heyvandarlıq fermaları- Şəhrizad xanımla generalın “iş birliyi “

13-03-2021, 14:12

General Xaqani Cəbrayılovun restoranları, torpaq sahələri, heyvandarlıq fermaları- Şəhrizad xanımla generalın “iş birliyi “
General Xaqani Cəbrayılovun restoranları, torpaq sahələri, heyvandarlıq fermaları- Şəhrizad xanımla generalın “iş birliyi “
Azərbaycan cəmiyyəti general Xaqani Cəbrayılovu bir müddət əvvəl Prezident, Ali Baş Komandan İlham Əliyev cənabları bir qrup yüksək çinli hərbçiləri, generalları qəbul edərkən yaxından tanıdı.
Həmin görüşdə hərbçilər növbə ilə ad və soyadlarını deyərək cənab Ali Baş Komandanı salamlayır və keçirdilər.
Növbə general-mayor Xəqani Cəbrayılova çatanda ... Bəli, general nazik-cır səslə salam verdi və ən dəhşətlisi odur ki, adını və soyadını səhv salaraq Xəqaniyev Cəbrayil...Cəbrayıl Xəqaniyev deyərək aləmi qarışdırdı.

Sözün düzü, generalın bu salamı, duruşu, cır səsi hamını məyus eləmişdi. Rəsmi tədbirdə özünü itirən, çaş-baş qalan, ad ilə soyadını qarışdıran ( yaxşı ki atasının adını demədi ) generalın əsl hərbçi olmadığı bəlli oldu.
Görəsən, general Cəbrayılov niyə bu qədər təlaş keçirdi, niyə bu qədər həyacanlı, bir az da qorxacaq idi.
Görünür, generalın əməlləri onu bu duruma salmışdı.
Yayılan məlumatlardan anlamaq olmur ki, Xaqani Cəbrayılov generaldır, yoxsa biznesmen. Axı, hərbçi dəyəri milyonlar olan bu boyda sərvəti necə əldə edə bilər ?
Sabiq birlik komandirinin Sumqayıt və Xızı ərazilərində böyük fermaları, restoran və kafeləri fəaliyyət göstərir:
- Sumqayıt şəhərində restoran, kafe və marketləri;
- Bakı-Quba yolunun Xızı rayonu ərazisindən keçən hissəsində restoranı;
-Xızı rayonunun Şorabad kəndi və Yaşma qəsəbəsi ərazilərində hektarlarla sahəni əhatə edən donuz ferması;
- Xızı rayonunun Altıağac qəsəbəsi ərazisində torpaq sahələri və istirahət mərkəzi;
- Xızı rayonu ərazisində heyvandarlıq təsərrüfatı.
Və ölkə xaricində də biznesi olduğu haqda məlumatlar var.
İndi bildinizmi, cənab general niyə 1-ci sinif şagirdi kimi özünü itirmişdi ?
Bu boyda sərvətin sahibindən bir gün soruşacaqlar ki, bunları necə, hansı yolla əldə etmisən ?
Yaxud Şəhrizad xanımın MAXE düzəltdiyi şəxslərdən aldığınız pulları necə bölmüsünüz ?
Hərbi xidmətə uyğun gəlməyənləri necə “ uyğun” edirdiniz ?
Suallar çoxdur, bir deyil, iki deyil.
Yəqin ki, yaxın zamanlarda bu suallar cənab generala veriləcək.
Bizi izləyin.
gundelik baki.com


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi