Məmur qardaşı Beliz adalarında şirkət açıb - FAKT
Xarici İşlər Nazirinin müavini Ramiz Həsənovun qardaşı Dursun Həsənov 2013-cü ildə Gürcüstanda qeydiyyatdan keçmiş ICE BOX INTERNATIONAL LTD şirkətinin səhmlərinin 50 faizinə sahibdir. TİA.AZ xəbər verir ki, bu məlumatı tanınmış araşdırmaçı jurnalist Cavanşir Həsənli yayıb.
O qeyd edir ki, şirkətin digər 50 faizlik hissəsi isə Ramiz Həsənovun yaxın qohumlarından birinə – Sabir Almaz oğlu Həsənova məxsusdur. “İki il əvvəl ICE BOX INTERNATIONAL LTD adı ilə daha bir şirkət Beliz adalarında qeydiyyatdan keçib. Bu şirkətin də diplomat qardaşlara aid olmadığı məlum deyil”.
Cavanşir Həsənli yazır ki, Dursun Həsənov hələ ötən ilin avqustunda XİN-də aşkar edilmiş korrupsiya qalmaqalından sonra Azərbaycanın Gürcüstandakı səfiri vəzifəsindən azad olunmuşdu. “Həmin vaxt mətbuatda onun və nazir müavini olan qardaşının DTX-da dindirildiyi barədə məlumat yayılsa da, Ramiz Həsənov bu iddiaları təkzib etmişdi”.
Araşdırmaçı jurnalist fikirlərini belə tamamlayıb: “Səfir kimi təmsil etdiyin ölkədə bilavasitə şirkət sahibi olasan, Azərbaycanda bundan heç kimin xəbəri olmasın”.