azia.az
azia.az

Azərbaycanlı səfir xanımına Londonda şirkət açıb - FOTOFAKT

9-06-2020, 02:20

Azərbaycanlı səfir xanımına Londonda şirkət açıb - FOTOFAKT
Azərbaycanın vaxtilə Çexiyadakı, 2014-cü ildən isə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığında fövqaladə və səlahiyyətli səfiri Tahir Tağızadə Londonda xanımı Ülviyyə Tağızadənin adına ULVI PR&EVENTS LTD şirkətini təsis edib.

Mediatv.az-ın verdiyi məlumata görə, bu haqda jurnalist Cavanşir Həsənli yazıb. 2018-ci il iyunun 5-də qeydiyyatdan keçirilmiş şirkətin adı bir ay sonra dəyişdirilərək UX PR & EVENTS LTD adlandırılır.
Azərbaycanlı səfir xanımına Londonda şirkət açıb - FOTOFAKT
Şirkətin hüquqi ünvanı öncə Tağızadələrin London, Porchester Terrace 53-də kirayə etdikləri 9 otaqlı evdə, daha sonra Fulham Road 352-də yerləşib.

İndi səfir çıxıb izahat verəcək ki, bu lobbiçilik şirkətidir, ictimai əlaqələr və kommunikasiya fəaliyyətilə məşğuldur və s. Amma fərq eləmir, bu kommersiya təşkilatı tipidir, biznes fəaliyyətinə aid olunur və vergi öhdəlikləri yaradır.

Ülviyyə Tağızadə onsuz da İngiltərədə ictimai fəaliyyətlə məşğuldur və Böyük Britaniyada fəaliyyət göstərən Azərbaycanlı Qadınlar Assosiasiyasının rəhbəridir və vaxtaşırı xarici şirkətlərin maliyyə dəstəyilə layihələr həyata keçirir. Hələ ötən il fevralın əvvəlində Azərbaycanın Çexiyadakı o vaxtkı səfiri Fərid Şəfiyevin də xanımı Ülkər Şəfiyevanın adına şirkət açması barədə sənədlər yayılandan 17 gün sonra o, geri çağırılmışdı.
Azərbaycanlı səfir xanımına Londonda şirkət açıb - FOTOFAKT
Azərbaycanlı səfir xanımına Londonda şirkət açıb - FOTOFAKT
Azərbaycanlı səfir xanımına Londonda şirkət açıb - FOTOFAKT


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi