azia.az
azia.az

QHT sədri hesabat verdi

7-08-2020, 00:50

QHT sədri hesabat verdi


QHT sədri Faiq Balabəyli; "Məqsəd bu layihələrin gerçəkləşdirilməsinə yaradılacaq şəraitlə dənizçilərimizin sosial həyatlarında müəyyən rol oynamaq və bununla da dənizçilərimizə dəstək olmaqdır.
"

Əziz dənizçilər, əziz oxucular!



QHT sədri hesabat verdi
Artıq iki aya yaxın bir müddətdə Dənizçilərə Sosial Dəstək İctimai Birliyi QHT olaraq fəaliyyətini davam etdirir. Bu vaxta qədər DSD İB tərəfindən bir neçə layihə hazırlanıb və ölkəmizdə fəaliyyət göstərən Dənizçilik şirkətlərinə göndərilib. Məqsəd bu layihələrin gerçəkləşdirilməsinə yaradılacaq şəraitlə dənizçilərimizin sosial həyatlarında müəyyən rol oynamaq və bununla da dənizçilərimizə dəstək olmaqdır.
Onlarla təkliflər almışıq. DSD İB-nə dəvət etdiyimiz mütəxəssislər həmin təkliflərlə bağlı işlər görür. Sözsüz ki, gələn təkliflərin, edilən müraciət və ərizələrin təyinatı üzrə olmayanları da var. Amma, biz uman yerdən küsərlər deyimini də unutmuruq. İşimizi elə qurmaq istəyirik ki, bizdən umduqları qədər də razı qalsınlar. Şəxsi intriqaların, obyektivlikdən uzaq olan müraciətlərin edilməsi ürəkaçan deyi.
Yaxınlarda Dünyanın bir çox şirkətləri ilə əlaqələr yaradacağıq. Onlarla tanışlıq və niyyət anlaşması imzalayacağıq. Hansı ölkədə və hansı şirkətdə çalışmalarına baxmayaraq bütün Azərbaycan dənizçilərinə dəstək olmağımızı, onların hüquqlarını qoruyacağımızı bildirəcəyik. Artıq bu istiqamətdə işlr aparılır. İşimiz çətin olacaq. Bir çox insanlar artıq görəcəyimiz işlərə indidən kölgə salmaqda israrlıdırlar. Biz onlara fikir vermirik. Yolumuzu davam etdiririk.
Elə bu günlərdə DSD İB-nin sədr müavini, tanınmış mühəndis, ADDA-nın baş müəllimi Hüseyn Məmmədov (Hüseyn Sözlü ), İB-in Maliyə departamentinin rəhbəri İlham Qəhrəmanov, “DSD” İB-nin mətbuatla iş üzrə mütəxəssisi Fərrux Həmidli, “DSD” İB-nin dəstəyi ilə yayınlanan Müstəqil.Az saytının redaktoru Tural Səfərlinin iştirakı ilə bir dəfə onlayın, bir dəfə də Sədr Faiq Balabəyli, sədr müavini Hüseyn Sözlü və maliyəçi İlham Qəhraman olmaqla ümumilikdə iki dəfə toplantı keçirilib. Hər iki toplantıda görüləcək işlər və dənizçilərimizin sosial həyatlarının yaxşılaşdırılması istiqamətində edilən təkliflər müzakirə edilib.
Əziz dənizçilər, bizə ünvanlanacaq təklif və iradlarınızı, müraciətlərinizi bu elektron ünvana göndərə bilərsiniz.

[email protected]

Hörmətlə: DSD İB-nin sədri Faiq BALABƏYLİ


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi