Mahir Abbaszadənin seçicilərlə görüşü davam edir-Bu dəfə Taxta Körpüdə
Azərbaycan Respublikası Milli Məclisinə fevralın 9-da keçiriləcək seçkidə 121 saylı Laçın seçki dairəsindən deputatlığa namizəd Mahir Abbaszadənin seçicilərlə görüşündə izdiham yaşandı. Bu dəfə Taxta Körpüdə. Mahir Abbaszadə ağsaqqalların, anaların, ziyalıların iştirak etdiyi görüşdə çıxış edərək əvvəlcə seçki platforması haqqında seçicilərə geniş məlumat verdi. Mahir Abbaszadə çıxışında Prezident İlham Əliyev canablarının ölkədə başlatdığı iqtisadi-siyasi reformaları dövlətin tarixində mühüm hadisə kimi dəyərləndirib. Hər kəsi seçki prosesində fəal olmağa çağırıb. Və bildirib ki, seçicilərin fəallığı və səmimiyyəti qalibiyyətə olan ümidi artirir.