azia.az
azia.az

Eldar Mahmudovun “sağ əli” ölkədən çıxmasından danışdı

20-09-2019, 11:21


Mövlam Şıxəliyev: “Mən öz ölkəmdəyəm və asudə adam kimi sərbəst hərəkət edirəm”
Sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudovun ölkədən çıxıb sonra geri qayıtması barədə iddialar yayılıb.
Eldar Mahmudovun “sağ əli” ölkədən çıxmasından danışdı
Sabiq nazirin “sağ əli” kimi tanınan general Mövlam Şıxəliyev də barəsindəki hərəkət məhdudiyyəti qətimkan tədbirindən danışıb.

Eldar Mahmudovun ölkədən çıxışına qoyulan qadağanın aradan qaldırılması xüsusunda danışan Mövlam Şıxəliyev gununsesi.org-a açıqlama verib.

Yada salaq ki, Eldar Mahmudovla yanaşı ölkədən çıxışına məhdudiyyət qoyulan şəxslərdən biri də MTN-in İstintaq Baş İdarəsinin sabiq rəisi general Mövlam Şıxəliyev idi.

Sayt əməkdaşına hazırda ölkədə olduğunu deyən Mövlam Şıxəliyev bildirib ki, o, sərbəst hərəkət edir: “Mən öz ölkəmdəyəm və asudə adam kimi sərbəst hərəkət edirəm”.

“Başqa sizi nə maraqlandırır” deyən Şıxəliyevdən növbəti dəfə ölkədən çıxışına məhdudiyyətin götürülüb-götürülməməsinə cavab istənilib. Cavabında isə general “Bu məsələ sizi maraqlandırmasın və sualınıza cavab vermək istəmirəm” deməklə kifayətlənib.

Sayt Mövlam Şıxəliyevi Eldar Mahmudovun “baş torbatikəni” kimi təqdim edir, MTN-dəki cinayətkar şəbəkənin əsas simalarından biri olduğunu, sabiq nazir kimi həbsdən yaxasını qurtara bildiyini diqqətə çatdırır. Baxmayaraq ki, “MTN işi” çərçivəsində aparılan istintaq və məhkəmədə Mövlam Şıxəliyevin həbs olunması üçün tutarlı sübutlar ortaya çıxmışdı.

Xatırladaq ki, 2017-ci ilin iyulunda Bakı Hərbi Məhkəməsində Mövlam Şıxəliyev barəsində xüsusi qərardad çıxarılıb. Xüsusi qərardad aidiyyəti üzrə prokurorluq orqanına göndərilib. Həmin vaxtdan xüsusi qərardadla bağlı hansı qərar qəbul edildiyi ictimaiyyətdən gizli saxlanılır.

Mövlam Şıxəliyev: ile ilgili görsel sonucu

E.Mahmudovla bağlı daha bir iddianı Vəkillər Kollegiyasının üzvü Elçin Nadirov irəli sürüb.

O, 15 ildən sonra virtualaz.org vasitəsilə həbs olunmasının təşəbbüskarının adını çəkməyə və bunun nə ilə bağlı olduğunu izah etməyə qərar verib. Sovet illərində respublika komsomol komitəsində işləmiş Elçin Nadirov peşəkar hüquqşünasdır. İddia edir ki, Bakının indiki meri Eldar Əzizov, hazırda vergilər nazirinin müavini vəzifəsini tutan Sahib Ələkbərov və çox başqaları onun həmişə öz vəzifəsini necə vicdanla və peşəkarlıqla icra etdiyi barədə çox şeylər danışa bilərlər. Azərbaycanın müstəqillik qazandıqdan sonrakı ilk illərdə o vaxtkı iqtisadi inkişaf naziri Fərhad Əliyev ona Ticarət Nazirliyi Katibliyinin rəhbəri vəzifəsini təklif edib. Qurumun yenidən təşkili ilə əlaqədar olaraq, o, İqtisadi İnkişaf Nazirliyinin hüquq şöbəsinin müdiri təyin edilib.

“Fərhad Əliyevin siyasi, sonra isə iqtisadi maddələr üzrə mühakimə olunduğu 2005-ci ilin məlum hadisələrindən qısa müddət sonra məni MTN-ə çağırdılar. Qanuna tabe olan bir vətəndaş olaraq, müstəntiqin yanına gəldim və orada əlavə izahat vermədən məni həbs etdiklərini dedilər. Mən təcrübəli hüquqşünasam, bunun qanunsuz olduğunu bilirdim, amma bütün arqumentlərimə bir cavab aldım - ”sifariş yuxarıdan verilib". Həbsimlə bağlı qərarı o vaxt Nəsimi rayonunun, indi isə Ağsu rayonunun hakimi olan Famil Nəsibov verdi. Elementar qanuni prosedurlara riayət etmədən məni özəlləşdirmə çeki ilə saxtakarlıqda ittiham etdilər və hökm oxudular.

O vaxt mən həqiqətən də, özəlləşdirmə komissiyasının 17 üzvündən biri idim, amma respublikadakı özəlləşdirmə prosesinə görə heç bir məsuliyyətim yox idi. Vəkil vasitəsilə dövlət başçısına müraciət etdim - ömrümün sonuna qədər ona minnətdaram - və o, müraciətimi araşdırıb, azadlığa buraxılmağım barədə qərar verdi.

Mövlam Şıxəliyev: ile ilgili görsel sonucu

Azadlığa çıxan gün mən artıq həbsimin MTN-in o vaxtkı rəhbəri Eldar Mahmudov tərəfindən sifariş verildiyini bilirdim. Bunu mənə birbaşa müstəntiq Nadir Mustafayev, hansı ki, təəssüf, bu günə qədər orada işləməkdə davam edir, dedi. Bu müstəntiq mənim azadlığa çıxmağıma və ya həbsxanaya getməyimə Mahmudovun özünün nəzarət etdiyini bildirərək məndən 50 min dollar tələb etdi.

İndiyə qədər bu, beynimə girmir. Axı 1995-ci ildən bəri Eldar Mahmudovla sıx əlaqə saxlamışdıq, çox yaxın münasibətlərdə olmuşduq. “OBXSS” ləğv olunandan sonra işsiz qalanda ona məhz mən hərtərəfli dayaq olmuş, hətta kömək etmişdim. Mahmudov milli təhlükəsizlik naziri təyin olunduqdan sonra da onu ilk təbrik edənlərdən biri mən olmuşdum. Daha sonra müxtəlif tədbirlərdə dəfələrlə görüşmüşdük. Həmişə kömək etdiyim, dostum bildiyim bir adamın məndən 50 min dollar tələb etməsini eşidəndə necə şoka düşdüyümü təsəvvür edirsinizmi?

Ləğv olunmuş MTN-dən çox hörmətlə yanaşdığım və bundan sonra da yanaşacağım yeganə şəxs Dövlət Təhlükəsizlik Xidmətinin indiki rəhbəri Əli Nağıyevdir. Onda o, Mahmudovun müavini idi və qandalları, hansı ki, kamerada da məni onunla saxlayırdılar, qollarımdan məhz onun əmri ilə çıxardılar və sonra münasib kameraya köçürdülər. Ona deyəndə ki, Eldar Mahmudov məndən 50 min dollar tələb edir, o, yalnız başını buladı. Mən isə anladım ki, Eldar Mahmudov necə xain və yazıq insan imiş...

Əminəm ki, Eldar Mahmudov etdiyi bütün cinayətlərə görə - təkcə mənim yox, həm də məhv etdiyi bütün talelər qarşısında cəzasını almalıdır...", - deyə hüquqşünas Elçin Nadirov təkid edir.

E.HÜSEYNOV,


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi