azia.az
azia.az

Müəmmalı ölümlərlə bağlı maraqlı faktlar – Yavaş-yavaş zəhərləyirlər, istintaq da tapa bilmir

25-12-2019, 13:07

Müəmmalı ölümlərlə bağlı maraqlı faktlar – Yavaş-yavaş zəhərləyirlər, istintaq da tapa bilmir
Naxçıvan kəndlərinin birində gənc qadını dəfn edirlər. Kədərli ər qonşulara həyat yoldaşının gecə yuxuda öldüyünü deyir.

Rusiyadan yas mərasiminə gəlmiş kişiyə isə bacısının ölümü qəribə gəlir. Məhbubə Hacıyeva (ad şərtidir) qardaşının yuxusuna girəndən sonra şübhələr daha da artır. Qadın qardaşına yuxuda belə deyir: “Mənim qisasımı al, öz əcəlimlə ölməmişəm”.
Sözügedən hadisə ötən əsrin 80-ci illərində Azərbaycanda cərəyan edib.

Yüksək dərəcəli məhkəmə-tibbi eksperti, TIAFT (The International Association of Forensic Toxicologists) üzvü, Azərbaycanda Məhkəmə-toksikologiya şöbəsinə 20 il rəhbərlik etmiş Səfərbəy Səfərbəyov Oxu.Az-a bildirib ki, mərhumənin qardaşının yuxuları və səyləri sayəsində istintaq həqiqəti üzə çıxara bilib.

Ekspertin sözlərinə görə, Məhbubə öləndə qohumları yerli patoloqoanatomdan meyiti yarmamağı, sadəcə bədənə baxmağı xahiş ediblər və bunu dini motivlərlə əsaslandırıblar:

“Bədəndə gözlə görünə bilən travmalar və zorakılıq yolu ilə qətlin əlamətləri tapılmadığına görə, gənc qadının ölümü şübhə doğurmayıb”.

Yas mərasiminə gəlmiş qardaş qohumlardan bacısının hansı xəstəlikdən əziyyət çəkdiyini soruşsa da, əvvəlcə heç bir ipucu tapmayıb. Bir neçə gündən sonra Məhbubə yenidən qardaşının yuxusuna gələrək bir daha qisasının alınmasını istəyib. Bundan sonra kişi qonşulardan keçmiş yeznəsi barədə məlumat toplamağa başlayır. Məlum olur ki, ər-arvad arasında tez-tez münaqişə baş verirmiş. Bu münaqişənin qadının dünyaya uşaq gətirə bilməməsindən qaynaqlandığı ehtimal edilir. Mərhumənin qardaşı Respublika Prokurorluğuna şikayət edərək bacısının cəsədinin ekshumasiyasını tələb edir. Lakin ölən qadının keçmiş əri və onun qohumları buna mane olmağa çalışırlar və bəyan edirlər ki, ekshumasiya İslam qaydalarına ziddir.

Müəmmalı ölümlərlə bağlı maraqlı faktlar - Yavaş-yavaş zəhərləyirlər, istintaq da tapa bilmir

S.Səfərbəyov qeyd edib ki, cəsədin ekshumasiyasından və aparılmış ekspertizadan sonra mərhumənin qanında metafos aşkarlanıb:

“Metafos həşəratlarla mübarizə aparmaq üçün istifadə edilən, güclü təsirə malik zəhərli preparatdır. Dindirmə zamanı ər və qayınana etiraf ediblər ki, gecə Məhbubəni zəhərləyiblər. Hər ikisi saxlanılaraq cinayət məsuliyyətinə cəlb olunub”.

Kişi uşaq dünyaya gətirə bilməyən arvadından xilas olmaq və yeni həyata başlamaq istəyib. Məqsədinə çatmaq üçün isə zəhərləmək variantına əl atıb.

Ekspert vurğulayıb ki, metafos təcrübədə tətbiq edilən çoxsaylı zəhərlərdən biridir.

Zəhərlər insan orqanizminə müxtəlif cür təsir göstərir: əsəb-iflic, dəri, ümumi toksik, boğulma və s. Uçucu zəhərlər tez parçalanır, lakin insan orqanizmində aylarla qalan toksik maddələr var.

“Məsələn, metanol, dad və iyinə görə etil spirtinə oxşayır. Lakin 10-20 qram metanol insanı kor, 50-60 qramı isə öldürə bilər. Bu maddəni qanda ölümdən 4 gün sonra aşkarlamaq olar. Bir həftə sonra insanın metanol nəticəsində öldüyünü müəyyənləşdirmək, demək olar, mümkün deyil” , – mütəxəssis vurğulayıb.

Zəhərlərin mahiyyəti ondan ibarətdir ki, onlar insan orqanizminin bir neçə sistemini zədələyir. Zəhərlər istənilən formanı ala bilər: uçucu, bərk və maye. İnsan üçün orta hesabla ölümcül doza 60-80 ml təşkil edir.
Müəmmalı ölümlərlə bağlı maraqlı faktlar – Yavaş-yavaş zəhərləyirlər, istintaq da tapa bilmir
Saksitosin ABŞ Mərkəzi Kəşfiyyat İdarəsi agentlərinin “ən sevimli” zəhərlərindən biridir. Fərqləndirici xüsusiyyəti ondan ibarətdir ki, saksitosinin izlərini tapmaq, demək olar, mümkün deyil.

Gənəgərçək casusluq işində əsl klassika sayılır. Zəhərin iyi olmur və böyük toz kimi görünür. Zəhərlənmə nəticəsində ölüm tez baş verir.

Müəmmalı ölümlərlə bağlı maraqlı faktlar - Yavaş-yavaş zəhərləyirlər, istintaq da tapa bilmirStrixnin isə bitkilərdən alınan çox güclü zəhərdir. O, insanda güclü qıcolmalar yaradır, onurğa sümükləri qırılır.

S.Səfərbəyovun sözlərinə görə, Azərbaycanda zəhərlərə tez-tez əl atılmır. Ancaq regionlarda intihar etmək məqsədilə pestisidlərdən zəhərlənmə geniş yayılıb.

Pul hərisliyi insanları buna da vadar edir

Ekspertin təcrübəsində daha bir maraqlı hadisə 2006-cı ildə olub. Belə ki, Şəkidə çoxmənzilli yaşayış evində tənha yaşayan qoca rus qadın ölür. Bir müddətdən sonra həmin evdə orta yaşlı kişi ölənədək rus qadının ölümü şübhə yaratmayıb. Kişi də tənha olub, lakin spirtli içkilərdən çox qəbul edib. Hər iki ölən şəxsin qayğısına Q.Oqtayın qalması hüquq-mühafizə orqanlarında şübhə yaradıb.

İstintaq zamanı məlum olub ki, məhz onun qoca və içki düşkününün ölümündə əli var. Belə ki, kişi daha əvvəl onlarla müqavilə bağlayıb. Müqaviləyə əsasən, mənzillər sahibləri öldükdən sonra Q.Oqtaya keçməlidir. Sonuncu bu prosesi sürətləndirmək üçün dərman preparatlarından istifadə edir. O, yaşlı qadını əks təsirləri olan preparatlarla zəhərləyir. Saxlanılan şəxs dindirmə zamanı törətdiyi əməli etiraf edib və uzunmüddətli həbs cəzası alıb.

S.Səfərbəyov diqqətə çatdırıb ki, məhkəmə-tibbi ekspertizası zəhərli maddənin tərkibini həmişə müəyyənləşdirə bilməz.

O, sonda qida zamanı çoxlu badam qəbul etməməyi tövsiyə edib. Acı badam orqanizmdə güclü turşunun əmələ gəlməsinə gətirib çıxarır. Bu klassik zəhər boğulmaya səbəb olur. 30-40 ədəd badam insanı öldürə bilər.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi