Tərtər təhsil ocaqları sırasında daim öndə olan şəhər 1 saylı tam orta məktəbin tanınmış siması direktor Nəcibə Muradovanın zəhmətləri danılmazdır. Tərtər rayon sakinləri arasında BakuNews.az-ın aprdığı sorğu nəticəsindən məlum olub ki, direktorlar arasında böyük hörmət sahibi olan N.Muradova “Ən yaxşı təhsil rəhbəri” sorğusunun qalibi olub. 65 yaşlı müəllimənin təhsilə verdiyi əməyi sayəsində bir çox evlərə çıraq olan N.Muradova layiq olduğu tərifləri öz zəhməti əsasında qazanıb. 2014/2015-ci tədris ilinin “Ən yaxşı ümumi təhsil müəssisəsi” müsabiqəsinin qalibləri arasında Tərtər şəhər 1 nömrəli tam orta məktəb Nəcibə Muradovanın vəzifə səlahiyyətinin düzgün aparılmasından xəbər verməkdədir. Bu gün isə 1 saylı məktəb yeni-yeni bəlaların astanasındadır. Nazir aldadılaraq törədilən qanunsuzluqlar ondan gizlədilib. Qanunsuz əməllər sahibi barəsində yüksək rəylər verən Surxay Mirzəyevdə onunla əlbir olmasından və bütün cinayətlərdə bilə vasitə iştirakçısı olduğunu bəyan etmiş olur.
BakuNews.Az xəbər verir ki, Aprelin əvvəli yeni kreslosuna əyləşəcək direktor Gülarə Əkbərova əslində vəzifə səlahiyyətlərini layiqincə yerinə yetirməmiş bir məmurdur. Bunla bağlı BakuNews.az-a ilginc məlumatlar daxil olub. Belə ki, G.Əkbərova rəhbərlik etdiyi təhsil ocağını uçuruma aparmaqla yanaşı körpələri təhsil ocaqından uzaq təhsil almaqlarına şərait yaradıb. Məlumatda qeyd edilir ki, G.Əkbərova XI-ci sinif şagirdlərini repititor yanına getmələri üçün ödənişlər alır. Güləarə xanımın qanunsuz əməlləri bununlada bitmir.
"15.000 hardan necə əldə edib "post" üçün ödəmək olar...?"İlginc olan bir məqamsa Gülarə xanımın Təhsil büdcəsinə aylıq 5-6 min manat ziyan vurmasıdır. Belə ki, xanım direktor bir sinif normativi 40 şagir göstərilməsinə baxmayaraq 32-34 şagir sayından A və B siniflərin yarada bilir. Heç bir məktəbdə buna yol verilmədiyi halda Surxay Mirzəyev xanımın hansı kriterlərinə baxaraq səlahiyyət verib. Litsey daxilində Dərnək Fakultativ keçirilmir ki, buda aylıq başqa adlara qeyd edilərək direktorun və şəriklərinin şəxsi ciblərinə qazanc olaraq qalır. Təhsil ocağında repititorluq edən müəllimlər var ki, bunlarında dərs saatları həftə ərzində 2 günə sıxışdırılır. Bu atılan adımlardan həmin müəllimlər evlərində uşaq hazırlaşdırmaq şəraitini əldə etmiş olurlar. Təbii ki həmin prosses, müəllimlərin yerdə qalan 4 günü haqqını direktora ödəmək şərti ilə həyata keçirilir. Əsas müşahidəmizsə dərs günlərində saat 10:40-11:00 raddələrindəməktəbdən çıxan yuxarı sinif şagirdlərini görmək mümkündür. 9-10-11-ci sinif şagirdlərinin əvvəlcədən razılaşdırılmış repititorların yanına məcburi getmələri üçün dərs saatlarından tez buraxılırlar. Gülarə Əkbərova bu qədər əməllərdən savayı hətta şagirdin dərsə gəlməyərək xaricdə olmasını dövlət qurumlarından gizlətməyidə bacarıb. Jurnalda adını qeyd edilməyən şagirdlə bağlı qiymətləndirmə aparılması ilə bağlıda məlumatımız var. Təbii ki, bu şagirdən yüksək məbləğ sayəsində ölkə xaricində olması adının tərtər təhsilində getməsi təmin edilib.
Beləcə yuxarda qeyd edilənlər keçən yazımızda bizədə qaranlıq qalan bir direktor necə qısa müddətdəbu qədər pulu necə yığa bilər. Sualımızdanda gördük ki, 15 min yox hətta 100 mində yığmaları yuxarıdakı nüanslarla tamamilə mümkündür.Həmin şagirdin adı ölkə xaricində harda olması ilə bağlı bütün bilgiləri aidiyyatı üzrə orqanlara verməyə hazırıq. Bu şəxsin ölkə xaricində olması ilə bağlı hər hansı rəsmi qurumlara məlumat verməyən direktor mçəsuliyyətsizliyin hansı cəza növündə olduğunu yəqin edir. Böhran anını yaşayan Azərbaycan büdcəsinə bilərəkdən yüzminlərlə maddi ziyan vurmaq artıq cinayətin əsas tərkib hissəsi sayıla bilər. Bundan əlavə xanım direktor hətta ayda 5 manat qaz pulu tələbi edir ki, bəs sayğac nazirliye yoxlamaya getdiyindən cibimdən ödəmək məcburiyyətindəyəm. Novruz bayramı ərəfəsində Gülarə xanım bir başa tapşırıq verərək ya hərə evində nəsə hazırlasın gətirsin gətirməyənlər isə pul versin əsgərlərə bayram sovqatı göndərəcəyik. Bu bayram sovqatı nəsə xanımın ürəyinə elə yatıb ki, bir həftə sonra sovqat göndərmək yadına düşüb.
“Tərtər şəhər 2 saylı məktəb-litseyi direktorsuz qaldığı düşüncəsi tərtərliləri narahat etməkdədir. Amma buna narahat olmağa ehtiyac yoxdur Surxay Mirzəyev bütün tərtərlilərin əvəzinədə nazirin yerinədə təyinatları hesab kitab edib. 2 saylının direktor postu N.İbrahimova 15 minə təhvil veriləcəyi ilə bağlı məlumat artıq rayona yayılıb”.
Ötən illər ərzində bütün bunlarla bağlı direktor xanım Gülarə Əkbərovanın qanunsuz əməllərini göz yumayanda tapılıb. Vəzifəsini layiqli icra edən ləyaqətli şəxsiyət direktor müavini Cavanşir Musayev dəfələrlə yuxarı təşkilatlara nazirliyə müraciət edib. BakuNews.az-a məsələ ilə bağlı qeyd edilib: “bu şikayətlərdən sonra G.Əkbərova Bakı şəhərindəki 2 mənzilini sataraq bütün bu məsələləri ört basdır etməyə nail olub”. Bütün bu ittihamları isə şikayətçinin özünə qarşı çevirərək onunla düşmən mövqeyi saxlamışdır. Surxay Mirzəyevin köməkliyi ilə Cavanşir müəllimi başqa bir məktəbə yönləndirib.
Şikayət edən direktor müavini C.Musayev bütün faktları nazirliyə bildirməsinə baxmayaraq Gülarə Əkbərovanın havadarları vasitəsi ilə cinayət xarakterli qanunsuzluqlar gizlədilib. Direktor işindən azad edilmək əvəzinə Cavanşir Musayev vicdanı ilə nazirliyi xəbərdar etməsinə görə, 2 saylı xaric edilərək iş yeri dəyişdirilib. C.Musayevi 5 saylı məktəbə qovublar. Qısa bir araşdırmadan məlum olub ki, 2 saylı Litseyin nümunəvi müəllimi olan Cavanşir Musayev rayon əhli tərəfindən təhsil fədaisi kimi tanınmaqdadır. İllərlə Tərtər təhsil inkişafına özünü adamış bir şəxsin direktor qanunsuzluqlarına göz yumaması onu Litsey direktor müavini olmasındanməhrum edib.
BakuNews.Az