Buzovlara görə pul veriləcək
Yaxın günlərdə süni mayalandırılmış heyvanlar və bu yolla alınmış buzovlara görə subsidiyaların verilməsinə başlanılacaq
Bu barədə virtualaz.org saytına Kənd Təsərrüfatı Nazirliyindən məlumat veriblər.
Xəbərdə deyilir ki, “Subsidiya və siyasətə dair informasiya sistemi”ndə süni mayalanma yolu ilə alınmış hər buzova görə veriləcək subsidiyanın məlumat bazasını yaratmaq üçün ölkə üzrə heyvan sahiblərinin (vətəndaşların, hüquqi və fiziki şəxslərin), süni mayalandırılmış heyvanların və doğulan balaların qeydiyyatı aparılacaq.
Qeyd edək ki, heyvandarlığın mövcud vəziyyəti barədə etibarlı məlumat bazasının formalaşdırılması məqsədi ilə kənd təsərrüfatı heyvanlarının identifikasiyası və qeydiyyatı sisteminin yaradılıb.