41 milyonluq qumar işində adı hallanan Murad Xudiyev "Rabitəbank"da çalışıbmış
Xəbər verdiyimiz kimi, Murad Xudiyev və Bəhruz Əkbərov onlayn qumar oyunlarından əldə edilmiş 41 milyon manatdan çox vəsaiti bank kartları vasitəsilə leqallaşdırmaqda təqsirləndirilirlər. Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Aygün Qurbanovanın sədrliyi ilə keçirilən prosesdə hər iki şəxsə mütəşəkkil dəstə tərəfindən qanunsuz qumar təşkili və çirkli pulların yuyulması ittihamları elan edilib. Təqsirləndirilən şəxslər özlərini təqsirli bilməsələr də, cinayət işi üzrə növbəti məhkəmə iclasının aprelin 13-də keçirilməsi qərara alınıb.