azia.az
azia.az

Deputatın həyat yoldaşı casusdur? – FOTO

5-03-2026, 09:27

Böyük Britaniyada üç nəfər Çinin xarici kəşfiyyat xidmətinə yardım etməkdə şübhəli bilinərək saxlanılıb.

Xəbər verilir ki, saxlanılanlardan biri Leyboristlər Partiyasından deputat Coani Reydin həyat yoldaşı Devid Teylordur.

Coani Reyd məsələ ilə bağlı açıqlama verib. O bildirib ki, həyat yoldaşının biznes fəaliyyətində iştirak etmir və nə özü, nə də uşaqları bu istintaqın bir hissəsidir.

“Mən heç vaxt həyat yoldaşımın hər hansı qanunu pozduğunu düşünməyə əsas verən bir şey görməmişəm”, – deyə Reyd vurğulayıb. /Publika.az/



OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi