azia.az
azia.az

Məhkəmə sistemində süni intellektin tətbiq olunacağı sahələr açıqlanıb

20-02-2026, 12:55

Məhkəmə sistemində süni intellektin tətbiq olunacağı sahələr açıqlanıb.

APA-nın xəbərinə görə, Ali Məhkəmənin Mülki kollegiyasının sədri, Məhkəmə-Hüquq Şurasının üzvü Sənan Hacıyev jurnalistlərə açıqlamasında deyib ki, məhkəmə sistemində, ədalət mühakiməsində süni intellektin tətbiqi ilə bağlı proqram hazırlanıb.

“Xüsusən iddia ərizələri, apellyasiya, kassasiya, şikayətləri məhkəməyə daxil olan zaman onların prosessual normalara uyğun tətbiqinin süni intellekt vasitəsilə yoxlanılması nəzərdə tutulur. Eyni zamanda, çox sadə işlər, əmr icraatı, icra icraatı qaydasında verilən ərizələr və şikayətlər, qərar layihələri süni intellekt vasitəsilə hazırlanacaq”, - Sənan Hacıyev qeyd edib.

O əlavə edib ki, bu sahədə məqsədlərdən biri də məhkəmə qərarlarının proqnozlaşdırılmasını təmin etməkdir: “Vətəndaşlar məhkəməyə müraciət edən zaman iddiasının uyğunluq dərəcəsini qiymətləndirə biləcəklər”.


Selcan Zaurqızı


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi