Daha bir qalmaqallı hakim Rəfael Sadıxovun səlahiyyətinə xitam verildi
Məhkəmə- Hüquq Şurası daha bir qalmaqallı hakimin səlahiyyətinə xitam verib.
Bu barədə Gununsesi.info-ya Məhkəmə-Hüquq Şurasındakı mənbə bildirib.
Məlumata görə, bu, Xətai Rayon Məhkəməsinin hakimi Rəfael Sadıxovdur.
Qeyd edək ki, Rəfael Sadıxov bir neçə jurnalistin barəsində həbs-qətimkan tədbiri seçən hakim kimi xatırlanır.
Onun ən sonuncu qərarı isə keçmiş vəkil Namizəd Səfərovla bağlı olub.
Belə ki, Rəfael Sadıxov keçmiş vəkil barəsində 4 ay müddətinə həbs-qətimkan tədbiri seçib.
Firuzə Mahmudova