azia.az
azia.az

Tahir Kərimli: "Deputat olan zaman Fransanın düşmən dövlət elan olunmasını tələb etdim, hakimiyyət illər sonra bu fikrə gəldi..."

15-11-2024, 14:11

“Qərb dünyası insan hüquqlarından öz xarici siyasətinin əsas faktoru kimi istifadə edir. Xüsusən, 1975-ci ildə Helsinki müqaviləsindən sonra Qərb  birbaşa bütün dünyada insan hüquqları məsələsinə qarşımağı ölkələrin daxili işlərinə qarışmaq deyil, beynəlxalq hüququn mühüm ünsürü hesab etdi. Azərbaycandan da bu istiqamətdə dəfələrlə tələbləri olub. COP29-dan öncə də Azərbaycanda bütün "siyasi məhbusların" azadlığa buraxılması ilə bağlı bəyanatlar veriblər. İndi necə olur ki, cənab Prezident İlham Əliyevin eyni məzmunda çıxışını, Fransada siyasi məhbusların azad edilməsi tələbini Parisin daxili işlərinə qarışmaq hesab edirlər? Fransanın ekologiya naziri bildirir ki, buna görə Azərbaycana gəlməyəcək, COP29-da iştirak etməyəcək.  Bu, açıq-aşkar ikili standartların təzahürüdür, qəbuledilməzdir”. 

 

Bu sözləri Pravda.az-a açıqlamasında sabiq deputat, Vəhtəd Partiyasının sədri Tahir Kərimli deyib. 

 

“Azərbaycan tarix boyu, hətta ermənilərlə və digərləri ilə mübarizə aparıb, zaman-zaman humanist mövqe üzə nümayiş etdiriblər, azərbaycanlılar, türklər başqa xalqlarla kəskin münasibətdə olmayıblar. Fransada isə belə deyildi. Dünyanın ən böyük yazıçılarından hesab olunan Viktor Hüqo Əlcəzairdə və başqa yerlərdə müsəlmanların öldürülməsini təşviq edirdi. Deyirdi ki, onlarla ancaq güc dili ilə danışmaq olar. Yaxud Volter II Yekaterinaya məktub yazırdı ki, türkləri öldürməyiniz mənim ömrümü uzadır. Bunlarda türkə, müsəlmana qarşı patoloji nifrət var, onları ikinci dərəcəli sayırlar. Çox misallar gətirə bilərəm. Xristian dünyasının böyük nümayəndələri deyirdilər ki, gərək, türklər, müsəlmanlar it kimi ayağımıza sərilələr, bunların 15 yaşdan yuxarı kişilərinin hamsını qırmaq lazımdır. Yəni biz Fransanı yaxşı tanıyırıq. Təsadüfi deyil ki, mən deputat olan zaman Fransanın düşmən dövlət elan olunmasını tələb etdim. Təəssüf edirəm ki, hakimiyyətimiz aylar, illər sonra bu fikrə gəldi. Artıq gec idi, amma nə qədər gec deyil, bu xətti davam etdirmək lazımdır. İnsan hüquqları varsa, bütün dövlətlərə şamil olunmalıdır. Qərbə də, daxilə də. İllik hesabatlar tərtib edirlər - “Qərb, Şərq dövlətlərində insan hüquqları bu qədər pozulur, sən cinayətkarsan, şər dövlətisən...” Amma özün toxunulmaz ol, insan hüquqlarını nə qədər istəyisən, poz. Belə yaramaz...”, - T.Kərimli bildirib. 

 

Aytəkin Qardaşova 


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi