Ağsu Aşırımında ekoloji “terror”-Mingəçevir kafesinin rəhbəri Oqtayın əməlləri bununla bitmir....
Təbiətə zərər vuranlar, ağac kəsənlər, təbiəti çirkləndirənlər, korlayanlar cəmiyyətimizin, hamımızın düşmənidir.
Heydər ƏLİYEV
Ümummilli lider
Son 200 ildə dünyada meşə ərazisinin sayı iki dəfədən çox azalmışdır. Meşələrin ərazisinin azalması ölkəmizdən də yan keçməmişdir.9-cu əsrdə indiki Azərbaycan ərazisinin 35 faizi meşə ilə örtülü olmuşdursa, indi bu rəqəm 11, 8 faiz təşkil edir.
Meşələrin insan həyatı üçün necə böyük əhəmiyyət kəsb etdiyi hər kəsə məlumdur. Bizə həyat verən bu yaşılıqların məhv edilməsi əslində insanlığa vurulan ağır zərbədir.Tanrının yaratdığı gözəlliyi məhv etmək ona qarşı çıxmaq deməkdir.
QNUNLAR BUNU TƏLƏB EDİR
VƏTƏNDAŞLARIN HƏYAT ÜÇÜN ƏLVERİŞLİ OLAN SAĞLAM TƏBİİ MÜHİT HÜQUQLARI
Maddə 8. Vətəndaşların həyat üçün əlverişli olan təbii mühit hüququ
Azərbaycan Respublikasının hər bir vətəndaşı onun sağlamlığı və həyatı üçün əlverişli olan ətraf təbii mühitdə yaşamaq hüququna malikdir.
Bu hüquq aşağıdakılarla təmin edilir:
Ətraf təbii mühitə təsir göstərən məhsuldar qüvvələrin, müəssisələrin, qurğuların və başqa obyektlərin yerləşdirilməsi, ərazi-istehsal komplekslərinin, sənayenin, kənd təsərrüfatının, energetikanın, nəqliyyatın və xalq təsərrüfatının digər sahələrinin inkişafının planlaşdırılması zamanı ekoloji tələblərə əməl olunması ilə;
təbiətə, adamların həyatına və sağlamlığına, hüquqi və fiziki şəxslərə əmlakına və mənafeyinə vurulan zərərə görə Qanunla müəyyən edilmiş qaydada maddi məsuliyyətlə təmin edilir.
Vətəndaşların əlverişli ətraf təbii mühit hüququ təbiəti mühafizə, təbii ehtiyatlardan səmərəli istifadə, təbii ehtiyatların bərpası və artırılması, təbiəti mühafizə qanunvericiliyinə əməl edilməsi sahəsində onların öz vəzifələrini yerinə yetirməsi ilə uzlaşdırılmalıdır.
Gəlin görək buna əməl edilirmi. Əlbəttə ki, bəziləri istisna olmaqla harınlamış insanlar bunlara riayət etmir.
Mütəxəssis qeyd edir ki, tullantıların meşələrə atılması da ətraf-mühitə bioloji zərər verir və çirkləndirir. Meşə ərazisinə tökülmüş zibillər ətrafa üfunət yayır, ekologiyaya böyük zərbə vurur. Ən əsası buna ekoloji “terror” da demək olar. Haqqında söhbət açacağımız ərazi bu “terror”un qurbanına çevrilib. Söhbət Ağsu aşırımında yerləşən Mingəçevir kafesindən gedir.
Oqtay adlı bir iş adamı bu kafenin sahibidir. Belə deyirlər. Onun təbiətə və ekalogiyaya vurduğu zərbə və ziyanın qədərini ölçmək mümkün deyil. Yol adamlarından biri kafenin təbiətə vurduğu ziyanı, əraziyə tökdüyü tullantıların şəkilini çəkib, Azia.az bloqunun qaynar xəttinə vocap vasitəsi ilə ünvanlyıb.
Doğrudan da acınacaqlı vəziyyətdir. Əllərinə nə gəlirsə kafenin ətraffına töküblər. Ağacları kəsib, yaşıllığa böyük ziyan vurublar.
Təbiətə zərər vuranlar, ağac kəsənlər, təbiəti çirkləndirənlər, korlayanlar cəmiyyətimizin, hamımızın düşmənidir.
Kafedə kassa işləmir. İşçılərinin heç biri ilə əmək müqaviləsi yoxdur. Bu da o deməkdir ki, külli miqdarda vergidən yayınma halları var. Dövlərt büdcəsinə vergi ödənilmir. Yaş həddi 15-dən aşağı olan işçilər işə cəlb olunub. Bu da ciddi məsuliyyət yaradır. Qida Təhlükəsizlik Agentliyi qidalara nəzarət edə bilmir. Bir sözlə, Mingəçevir kafesində qanundan kənar hər şey var. Yazmağı bizdən tədbir görülməsi aidiyyatı orqanlardan.
Yazını tədbir görülməsi üçün Ekologiya və Təbii Sərvətlər nazirliyinə, Dövlət vergi Xidmətinə, Əmək müfəttişliyinə və Qida Təhlükəsizlik Agentliyinə ünvanlayırıq.
Azia.az bloqu