azia.az
azia.az

"45+ yaşda olan şəxsləri işə götürməyənlərə cəza düşür" - Hüquq müdafiəçisi

5-09-2024, 09:29

Azərbaycanda iş axtaran şəxslərin sayı kifayət qədərdir. Bu sayın müəyyən qismini iş üçün müraciət edib yaşına görə qəbul ola bilməyənlər təşkil edir. Belə ki, dövlət və özəl iş müəssisələrinin əksəriyyətində 45+ və ya 50+ yaşlı şəxslər işə götürülmür, baxmayaraq ki, bu işlərin çoxu bəzən heç ali təhsil belə tələb etmir.

Nəzərə alsaq ki, Azərbaycanda pensiya yaşı qadınlar üçün hazırda 63-dən başlayır, kişilər üçün isə 65 yaşdır, bu zaman işə götürülməyən 45-65 yaş arası şəxsin heç bir gəliri olmadan ölkədəki bahalıq şəraitində dolanması mümkünsüzdür.  

Bəs nə üçün pensiya yaşınadək olan insanlar işə götürülmür? 

Bu barədə hüquq müdafiəçisi, Vətəndaşların Əmək Hüquqlarının Müdafiə Liqasının sədri Sahib Məmmədov Redaktor.az-a açıqlamasında bildirdi ki, dövlət qulluğuna istər 45, istər 50 yaşda imtahan verib qəbul olmaq olar:

"Amma 65 yaşdan sonra dövlət qulluğunda və ya büdcə təşkilatlarında əmək müqaviləsinə xitam verilir və qanunvericilikdə müəyyən istisnalar nəzərdə alınır. Yəni bir neçə illik müddətə uzadıla bilər, bir şərtlə ki, ümumi kollektiv sayının 2 %-ni keçməsin. Əslində, ciddi qurumlar yaş məsələsinə çox da fikir vermirlər. Əksinə, yaşı daha çox, iş təcrübəsi daha çox olan şəxsləri işə götürürlər. Məsələn, çox vaxt bəzi zavodlarda elektrik çilingəri və ya mühəndis lazımdırsa, burada cavanlara çox da üstünlük vermirlər ki, kifayət qədər təcrübəli olmaya bilər". 

Hüquqşünasın sözlərinə görə, bəzi qeyri-ciddi müəssisələr isə yaşa, cinsə fərq qoyurlar və qanunu ciddi şəkildə pozurlar:

"Lakin dövlət sektoru buna aid deyil. Doğrudur, bəzi büdcə təşkilatlarında belə özbaşınalıq ola bilər, ancaq bütövlükdə dövlət sektorunda, o cümlədən, dövlət qulluğu və büdcə təşkilatlarında geniş yayılmayıb ki, yaşa görə insanları işə qəbul etməsinlər. Ciddi özəl sektor 45 yaşında şəxsi nə üçün işə götürməməlidir? 45 yaşındakı şəxs tam enerjilidir. Bəzzi qeyri-ciddi qurumlara işdən çox, başqa məsələlər maraqlıdırsa, qanunu pozurlar. Lakin onlar barədə tədbir görmək çətindir, çünki yaşa görə işçini götürmədiklərini sübut etmək olmur. Əgər sübut edilərsə, onlara hətta cəza da düşür".

Qeyd edək ki, 2027-ci ildən etibarən qadınların pensiya yaşı 65 olacaq.

Sevinc İBRAHİMZADƏ









OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi