azia.az
azia.az

Agentlik: Xəzər rayonundakı əhəngdaşı yataqlarında 7 qanunsuz hasilat faktı müəyyənləşdirilib

10-07-2024, 18:33

2024-cü ildə Xəzər rayonu ərazisində yerləşən "Türkan-I" və "Türkan-II" əhəngdaşı yataqlarında icazə sənədi olmadan 7 qanunsuz hasilat faktı müəyyənləşdirilib.

Bu barədə “Report”a Dövlət Mineral Xammal Ehtiyatları İstifadə Agentliyindən bildirilib.

Məlumat görə, ötən il isə Xəzər rayonu ərazisində yerləşən "Türkan-I" və "Türkan-II" əhəngdaşı yataqlarında icazə sənədi olmadan 9 qanunsuz hasilat faktı müəyyən edilib. Bu hallar əsasında 9 akt və 8 inzibati xəta haqqında protokol tərtib olunub.

Agentlik yer təkindən istifadə və onun mühafizəsi sahəsində qanunvericiliyə əməl edilməsinə nəzarəti həyata keçirmək məqsədilə ölkə üzrə faydalı qazıntı yataqlarında monitorinq və nəzarət tədbirlərini davam etdirir. Dağ-mədən sənayesinə məxsus sahələrdə qeyri-qanuni istismar fəaliyyətlərinə qarşı intensiv mübarizə aparılır.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi