azia.az
azia.az

"Niyə Azərbaycan qadınını bu vəziyyətə salmısınız?"-ALİM OD PÜSKÜRDÜ

10-02-2024, 15:33

"Hər bir millət üçün iki cür ərazi var, biri coğrafi ərazidir, biri də  mənəvi ərazi. Allaha şükürlər olsun ki, 30 ildən sonra da olsa, coğrafi ərazini bərpa edə bildik, mənəvi ərazimiz hələ də işğaldadır. "

 
Ads by
0
Reklamınızı SmartBee ilə effektiv edin.
Bunu Moderator.az -a müsahibəsində dünyaca məşhur alim Rafiq Əliyev televiziya kanallarımızdakı biabırçı veriliş və serialları tənqid edərkən bildirib.
 
"Mən AzTV-nin İctimai Şurasındakı çıxışımda da dedim. Dedim niyə bu Azərbaycan kişisini bu qədər rəzil vəziyyətə salmısınız? Niyə Azərbaycan qadınını bu vəziyyətə salmısınız? Məgər bu gün Azərbaycan qadını yoxdurmu ki, əxlaqı ilə, dünyagörüşü ilə bütün dünyaya örnək ola bilən bir insan olsun. O bir-biri ilə yarışa girən kanallardakı kimi, heç adlarını da bilmirəm... Azərbaycan qadınını, kişisini bu qədər rəzil vəziyyətdə göstərmək olar? Bu şeylər həmişə olub, bütün ölkələrdə də, elə Azərbaycanda da. Amma indi texnologiyalar inkişaf etdi. Bizim vaxtımızda Yutub, TV yox idi
 
Hər bir millət üçün iki cür ərazi var, biri coğrafi ərazidir, biri də  mənəvi ərazi. Allaha şükürlər olsun ki, 30 ildən sonra da olsa, coğrafi ərazini bərpa edə bildik, mənəvi ərazimiz işğaldadır. Onu bərpa edə biləcəyikmi, bunun üçün  neçə il lazımdır?! Bəlkə əsirlər lazımdır. Divarlar söküldü, qabaqca Meksika serialları gəldi, Brazilya serialları gəldi, sonra Amerika serialları, sonra o biri seriallar...Sonra bizim biabırçı seriallar, TV kanallarında olan verilişlər hamının qapısını döydü. Hamı siz yaşda mən yaşda deyil ki onu ağıl süzgəcindən keçirdə bilək. On altı, on yeddi, iyirmi yaşda olanlar onu keçirdə bilmirlər."



OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi