azia.az
azia.az

Mediasiya Şurası daha bir yenilik edir

28-08-2023, 08:24

"Yaxın günlərdə mediasiya sənədlərində holoqramın istifadəsi tətbiq ediləcək".

Xəbər verilir ki, bu sözləri Mediasiya Şurasının sədri Nadir Adilov deyib.

O qeyd edib ki, Azərpoçtla əməkdaşlıq çərçivəsində baş tutan bu layihə həm də Azərpoçt mütəxəssislərinin peşəkar məsləhətləri nəzərə alınmaqla həyata keçirilir. Eyni zamanda bu holoqramların istehsalçısı qismində də Azərpoçt iştirak edir. Bununla bağlı Mediasiya Şurası və Azərpoçt arasında müvafiq müqavilə də imzalanıb.

O qeyd edib ki, yaxın günlərdə mediasiya sənədlərində holoqramın istifadəsini mediasiya sahəsində tərəflərə təqdim edilən mediasiya sənədlərinin istər elektron, istərsə də fiziki daşıyıcıda dəqiq və eyniləşdirmə imkanları, müqayisəli identifikasiyası, uçotunun dəqiq aparılmasının tətbiqi məqsədi ilə həyata keçiriləcək.

Holoqram ön hissəsi Mediasiya Şurasının sıx-sıx həkk edilmiş loqotipi və arxası yapışqan olan stiker formatlı, mikro-effektli xüsusi kağızdan hazırlanıb və üzərində Mediasiya Şurasının rəngli loqosu da olmaqla, gümüşü rəngdə fon loqolar təsvir edilib.

Holoqramın eni 40 mm, hündürlüyü 28 mm olmaqla, dördbucaqlı formasındadır.

Qoruyucu tədbir olaraq hər bir holoqramın üzərində yalnız ultrabənövşəyi işıq altında görünən iki görünməz işarə (Mediasiya Şurasının loqosu şəkilində) həkk olunub.                                                                                        
Holoqramın üzərində Mediasiya Şurasının loqosu, onun altında isə "Mediasiya Şurası” sözləri və nömrə yazılır.

Holoqram mediasiya prosesi ilə bağlı sənədlərin ön səhifəsinin yuxarı sol küncünə yapışdırılacaq.

Qeyd edilən tətbiqin icrasının yaxın günlərdə reallaşdırılacaq və bu barədə aidiyyəti dövlət orqanlarına, ictimaiyyətə, mediasiya xidmətlərindən istifadə edən vətəndaşlara məlumat veriləcək.

Mediasiya sənədlərinin holoqram üzrə qeydiyyatı üçün mediasiya təşkilatlarına keçid tətbiq ediləcək və bu müddət barədə elan veriləcək. Qeyd edilən müddətdə ölkə üzrə fəaliyyət göstərən mediasiya təşkilatları və mediatorlar bu prosesin tətbiqinə keçəcəklər.

Eyni zamanda hüquqi şəxslər, vətəndaşlar holoqram üçün heç bir əlavə ödəniş etməyəcəklər. Qeyd edilən holoqramlar üçün nəzərdə tutulan xərclər Mediasiya Şurası tərəfindən tənzimlənməklə, mediasiya təşkilatları tərəfindən qarşılanacaq.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi