azia.az
azia.az

"...Yol polisini video qeydiyyata almaq hər hansı bir qanun pozuntusu hesab olunmur."

20-04-2023, 17:07

Sürücülərin sıx qarşılaşdığı problemlərdən biri də yol polisi əməkdaşının onları saxladıqda sürücünün polisi görüntüyə alması zamanı video-çəkilişi dayandırmasını tələb etməsidir.

Bu zaman vətəndaş belə bir hüququnun olduğunu, yol polisi isə onların belə bir səlahiyyətinin olmadığını bildirir və nəticədə anlaşılmazlıq yaranır. Bu hallar bəzən vətəndaşın şəxsi telefonu, bəzənsə avtomobildə olan videomüşahidə kamerası vasitəsiylə qeydə alınır.

Məsələ ilə bağlı Referans.az-a danışan DYPİ-nin baş inspektoru Araz əsgərli bildirib ki, yol polisinin şəxsi həyatına xələl gətirməmək şərti ilə onu videoya çəkmək mümkündür:

“Bu məsələ ilə əlaqədər bəzən vətəndaşların şikayəti ünvanlanır. Ümumiyyətlə sürücülərin yol polisini videoya çəkməsi istər şəxsi telefonu ilə, istərsə də avtomobildə olan videomüşahidə kamerası ilə mümkündür, amma bunun üçün bəzi şərtlər var. konstitusiyamızın 32-ci maddəsinə əsasən qanunda göstərilmiş hallar istisna olmaqla heçkəsin xəbəri olmadan hər hansısa bir şəxs tərəfindən videoya çəkilə bilməz, bu insanların şəxsi həyatına müdaxilə deməkdir. Lakin yol polisi əməkdaşının vəzifə borcunu yerinə yetirməsi şəxsi həyat hesab olunmur. Buna görə də yol polisini video qeydiyyata almaq hər hansı bir qanun pozuntusu hesab olunmur. Ümumiyyətlə bunu bildirim ki, əgər kimsə kimisə videoya çəkirsə, deməli burda hər hansı bir qanun pozuntusudan söhbət gedir və bunun üçün hər hansı bir məhdudiyyət olmamalıdır”.

Aqil Taleh


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi