azia.az
azia.az

Ucar rayonu Bərgüşad kənd sakini Muradova Günel Arif qız Sahil Babyevdən imdad diləyir

21-02-2023, 12:57


Azia.az-n poçtuna şikayət məktubu daxil olub. Müraciəti olduğu kimi təqdim edirik.
Ucar rayonu Bərgüşad kənd sakini Muradova Günel Arif qızı tərəfiindən

 
ŞİKAYƏT  
 
Mən Ucar rayonu Bərgüşad kəndində tövlə vəziyyətində olan evdə yaşayıram.İki azyaşlı uşağı olan başsız qadınam. Həyat yoldaşımdan ayrılmışam yoxsulluq həddində  aclıq işində yaşayırıq. Ailəmə sosial yardım təyin edilməsindən düz 8 dəfə qanunsuz imtina edilib.Səbəb kimi göstərirlər ki, bu şəraitdə yaşamaq inandırıcı deyil. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yoxsul insanların haqqına girir.Bütün Bərgüşad kəndi bilir ki, mən iki azyaşlı uşağımla birlikdə tövləyə oxşayan evdə aclıq içində yaşayıram. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi  diqqətlə baxıb obyektiv araşdırıb tədbir görmək əvəzinə yerli qurumlarının yalan məlumatları əsasında mənim yoxsul ailəmə sosial yardım verilməsindən qanunsuz imtina edir. Xahiş edirəm nazirlik özü komissiya yaradıb gəlib yerində obyektiv araşdırma aparıb bizim ailəyə sosial yardım təyin etsin.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi