azia.az
azia.az

Beynəlxalq Ədalət Məhkəməsi Azərbaycanın müraciəti üzrə dinləmələr keçirəcək

14-01-2023, 09:45

Beynəlxalq Ədalət Məhkəməsi Azərbaycanın müraicəti üzrə dinləmələr keçirəcək. Yenilik.az xəbər verir ki, bu barədə Məhkəmənin tviter hesabında qeyd edilib.
"Beynəlxalq Ədalət Məhkəməsi yanvarın 31-də Azərbaycan tərəfinin Ermənistanın azərbaycanlıların insan hüquqlarının məqsədyönlü şəkildə pozulmasına cavab olaraq, “İrqi ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi haqqında” Beynəlxalq Konvensiya (CERD) çərçivəsində təcili tədbirlər görülməsi məqsədilə etdiyi ikinci müraciətə baxacaq", - məlumatda deyilir.
Dinləmələr Sülh Sarayında keçiriləcək.
Qeyd edək ki, Azərbaycan tərəfi Beynəlxalq Ədalət Məhkəməsinə ikinci müraciətini yanvarın 3-də təqdim edib.
 



OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi