azia.az
azia.az

Manaf Ağayevin maşını saxlanıldı, sürücü cərimələndi - VİDEO

8-06-2022, 08:36

Manaf Ağayevin maşını saxlanıldı, sürücü cərimələndi - VİDEO
Xəbər verdiyimiz kimi, müğənni Manaf Ağayevin idarə etdiyi 10-BU-100 dövlət nömrə nişanlı avtomobil qayda pozuntusu edərkən kameraya düşüb. Belə ki, sürücü 1.3 nişanlanma xəttinin (qoşa xəttin) tələblərini pozaraq, dönmə əməliyyatı həyata keçirib. O, bununla digər hərəkət iştirakçıları üçün təhlükə yaradıb.
Xəbər verilir ki, Bakı şəhəri Dövlət Yol Polisi İdarəsindən verilən məlumata görə, törədilmiş xətayla bağlı yayılmış videogörüntü araşdırılıb və həmin nəqliyyat vasitəsini idarə edən sürücü Fərmanov Elvin Bəhmən oğlu olduğu müəyyənləşdirilib. Onun barəsində inzibati protokol tərtib olunub. Sürücü İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsiylə 60 manat, 3 bal cərimə edilib.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi