azia.az
azia.az

YAP-çı deputatın müxalifətçi oğlu ironik şeirlə görün kimlərə səslənibmiş - VİDEO

31-05-2022, 07:31

YAP-çı deputatın müxalifətçi oğlu ironik şeirlə görün kimlərə səslənibmiş - VİDEO
YENİ AZƏRBAYCAN PARTİYASI tərəfindən namizədliyi irəli sürülmüş Aqil Məmmədov hazırda milli məclisdə Kəlbəcərin deputatıdır.

Xəbər verilir ki, Aqil Məmmədov hakim partiyanın təmsilçisidir. Amma oğlunun müxalif düşüncələri ilə günlərlə medianın gündəmindən düşmür.

Belə ki, Aqil Məmmədovun oğlu Turan Məmmədov, ona aid sosial şəbəkə hesabında dəfələrlə atasının təmsil etdiyi hakim partiyanı dəstəkləməyən və ölkə əleyhinə fikirlər səsləndirən müxalifətçi insanların müdafiəsinə qalxan statuslar paylaşıb.

Qeyd edək ki, söhbət ölkə əleyhinə fəaliyyəti ilə bağlı həbs edilən, xarici xidmət orqanları ilə əlaqələrə malik olduğu istisna edilməyən İlkin Rüstəmzadədən və Bəxtiyar Hacıyevdən gedir (bu barədə saytımızda geniş və ətraflı məqalə dərc olunub.).

Daha sonra isə statuslarını, müxalif dostları ilə eyş-işrət məclisində olarkən ölkəni və xalqı təhqir edən ironik misralardan ibarət şeir səsləndirərək son dərəcə müxalif olduğunu tamamlayıb. azinform.az


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi