azia.az
azia.az

Ucuz manipulyasiya dayazlığın göstəricisidir

22-03-2022, 19:59



Son üç-dörd gündür ki, bəzi media qurumlarında Azərbaycan Respublikası Prezidentinin 19 yanvar 2022-ci il tarixdə imzaladığı Sərəncam əsasında, Abşeron Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin olunan Fərzəliyev Abdin Ələsgər oğlu ilə bağlı müəyyən xoşagəlməz açıqlamalar yayımlanmaqdadır.

Ucuz manipulyasiya dayazlığın göstəricisidir

Yəni, yayımlanan açıqlamaların mahiyyətində qeyd olunur ki, bundan sonra Abşeronun ərazisində həyata keçiriləcək tikinti işlərinə Nurlan Həsənov adlı şəxs nəzarətini həyata keçirəcək. Əslində, bu cür yanaşma olduqca absurd, heç bir əsası olmayan və ictimaiyyəti çaşdırmağa hesablanmış açıqlamalardır. Əvvəla onu bildirək ki, Nurlan Həsənov Abşeron RİH Aparatında Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsində Baş məsləhətçi vəzifəsində çalışır və bu onun konstitusion hüququdur.


Yəni, burada qeyri-adi bir şey yoxdur. Digər tərəfdən, ölkə rəhbəri cənab İlham Əliyev 19 yanvar 2022-ci il tarixdə imzaladığı Sərəncamla Abdin Fərzəliyevi bu rayona icra başçısı təyin edibsə, deməli bu da məqsədəuyğun qərardır. Digər tərəfdən, cənab İcra Başçısı Nurlan Həsənovu Baş məsləhətçi vəzifəsinə təyin edibsə, bu təyinatla da bağlı heç bir qeyri-qanuni addım yoxdur. Ona görə də, bu kimi məsələlərdə müəyyən açıqlamaları yayımlayarkən, hər kəsin diqqətli olması daha yaxşı hal olar.


Qeyd edəcəyimiz əsas məqam isə, Nurlan Həsənovun Abdin Fərzəliyevin “qara kassası” rolunu oynayacağı yöndə açıqlamanın yayımlanmasıdır. Deyəsən, belə bir açıqlamaları yayımlayanlar media nümayəndəsi olmaqdan daha çox, münəccimliklə məşğul olurlar.


Yəni sual oluna bilər ki, görəsən onlar hansı yolla müəyyən ediblər ki, rəhbərlik tərəfindən Nurlan Həsənova bu cür tapşırıq verilib? Məgər, icra başçısı hansı vəzifə sahibinə hansı tapşırığını verirsə, mütləq bəzi KİV nümayəndələri ilə məslətləşir və sonra qərarını verir?


Axı, bu qədər də olmaz! Daha yaxşı hal olmazmı ki, əsası olmayan məsələlər haqqında məlumatları hazırlayıb ictimaiyyətə çatdırmazdan öncə, onların dəqiqləşdirilməsi yöndə araşdırmalar aparılsın və ortaya real faktlar qoyulsun. Yoxsa, ictimaiyyəti çaşdırmağa hesablanmış bu cür addımlar, nə yazı müəlliflərinə, nə də ki, bir kimsəyə başucalığı gətirməz. Odur ki, hər kəsə tövsiyyə edərdik ki, bu kimi məsələlərdə daha diqqətli olmaq hər kəsə uğur gətirər və yazılanların əhəmiyyətini də artırar.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi