azia.az
azia.az

Eldar Əzizov və Rafael Mehralıyevin ofşor şirkətləri: Şübhəli tenderlərlə büdcə TALANI – ŞOK RƏQƏMLƏR

28-01-2022, 09:16

Bakı Şəhər İcra Hakimiyyətinin Mənzil-Kommunal Təsərrüfatı Departamenti 02.12.2021-ci il tarixdə 44 ədəd kommunal təyinatlı maşın və mexanizmlərin satınalınması üzrə təkliflər sorğusu elan edib.


KONKRET.az-a daxil olan məlumata görə, ötən ilin dekabrın 16-a qədər təkliflər qəbul edilib və bir gün sonra isə təklif konvertləri açılıb. İddiaçıların verdiyi təklif qiymətləri aşağıdakı cədvəldə öz əksini tapıb.


Dövlət satınalmalar portalında 27.12.2021-ci il tarixdə həmin təkliflər sorğusunun qalibi 18 745 000 manat məbləğlə Multi Supply Park LLC elan edilib. Yuxarıda cədvəldən göründüyü kimi, qalib elan edilən şirkət ən aşağı təklif vermiş 1-ci şirkətdən (Grand Motors MMC) 7.8 milyon, ikinci şirkətdən isə 7,1 milyon manat daha çox məbləğlə qalib elan edilib. Aşağı təklfi verən şirkətlər sünu olaraq kənarlaşdırılaraq, qalib Rafael Mehralıyevə məxsus ofşor şirkət elan edilib.



Multi Supply Park LLC – Gürcüstan Ədliyyə Nazirliyini hüquqi şəxslər reyestrindən 412744133 (Dövlət satınalmar portalında VÖEN kimi qeyd edilib) identifikasiya nömrəsilə axtarış etsək aşağıda göstərilən sənədi tapırıq.


B21125605 (napr.gov.ge)


Sənəddə qeyd edildiyi kimi Multi Supply Park LLC Gürcüstanda Azad İqtisadi Zonada qeydiyyatdan keçmiş ofşor şirkətdir. Qeydiyyat sənədlərinə əsasən şirkətin sahibi və direktoru Samir İbadullayev adlı şəxsdir. Mənzil Kommunal Təsərrüfat Departamentinin işçilərinin bildirdiklərinə görə, bu şirkətin faktiki sahibi Rafael Mehralıyevdir. Samir İbadullayev isə Rafael Mehralıyevin yaxın adamıdır. Rafael Mehralıyev Samir İbadullayev adına olan şirkətlər vasitəsilə tez tez pul nağdlaşdirma əməliyyatları edir.


Yeri gəlmişkən, mediada Mənzil-Kommunal Təsərrüfatı Departament rəhbəri afael Mehralıyev tender maxinasiyaları, biznesi haqda kifayət qədər faktlar açıqlanıb.


Şirkətlə bağlı digər bütün sənədləri isə növbəti səhifədən əldə etmək olar.

Registry of entrepreneurial and non-entrepreneurial (non-commercial) legal entities (reestri.gov.ge)


Dövlət satınalmalar saytında nəzər yetirsək, görərik ki, 2020 və 2021-ci illərdə Bakı Şəhər Mənzil Kommunal Departamentinin müxtəlif qurumları “AZ-TEX-IMPORT” MMC-dən (VÖEN 2004502101) 4 milyon manatda yuxarı məbləğdə Nəqliyyat və xüsusi texnikaların satınalınmasına dair 5 müqavilə imzalamışdır.


İqtisadiyyat Nazirliyi Yanında Dövlət Vergi Xidmətinin saytından məlum olur ki, elə həmin AZ-TEX-IMPORT MMC-nin də qanuni təmsilçisi Rəfael Mehralıyevin yaxın adamı Samir İbadullayevdir.


Qeyd edək ki, Bakı Şəhər İcra Hakimiyyətinin rəhbərliyi və cavabdeh şəxslərindən məsələyə münasibət öyrənə bilmədik. Bütün cəhdlərimizə baxmayaraq, qarşı tərəfin mövqeyini almaq mümkün olmadığı üçün məlumat birtərəfli qaydada işıqlandırılır. Bütün hallarda qarşı tərəfin açıqlamasını dərc etməyə hazırıq.


Hazırladı: Natiq Səlim,


KONKRET.az



OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi