azia.az
azia.az

Ağsu Polis Şöbəsinindən narazılıq....

15-06-2021, 15:03

Polis əməkdaşları dələduzlarla əlbirdir?- iddia
Ağsu Polis Şöbəsinindən narazılıq....
Bakı şəhəri, Qaradağ rayonu, Müşfiqabad qəsəbəsi, yataqxana-1 ünvanında yaşayan Rüstəm Qarayev KİV-nə şikayət ərizəsi ilə müraciət edib. Müraciətdə deyilir:
“Mən 2021-ci ilin yanvar ayında Ağsu rayonuna gedərək, əvvəlcə Əliyev İbrahim Hidayət oğlu, daha sonra isə Əhməd adlı şəxslə tanış oldum. İbrahim rayon ərazisində, Yuxarı Şirvan Kanalı İstismarı idarəsinin balansında olan, dəmir materialdan hazırlanmış su ötürücüsü qurğusunu göstərərək, onu istismardan çıxardıb, sənədləşmə işini həll edərək mənə sata biləcəyini bildirdi. Mən soruşdum ki, bu işi kiminlə həll edəcəksən?Ağsu Polis Şöbəsinindən narazılıq....
Onlar Ağsu rayon Polis Şöbəsinin rəis müavini Vüsal Əliyevin və Ruslan adlı daha bir polis əməkdaşının adını çəkdilər. Mən onlara inanıb, İbrahimə 15000(on beş min) manat pul verdim. İbrahim mənim yanımda bu işlə bağlı bir neçə dəfə Ruslanla danışıq apardı. O, da hər dəfə deyirdi ki, həftənin birinci günü iş düzələcək. Ancaq xeyli vaxt keçsə də, məsələ həll olunmadı. Bundan sonra mən İbrahimdən pulumu tələb etməyə başladım. O, isə bildirdi ki, pulları rəis müavini Vüsal Əliyevə verib. Mən Vüsal Əliyevlə əlaqə saxladım və bu barədə öz sözümü dedim. 2 saat sonra Vüsal Əliyev mənə zəng vuraraq bildirdi ki, onlar səninlə görüşəcəklər. Həqiqətən İbrahim və yoldaşları mənimlə görüşdülər və söz verdilər ki, üç günə sənin pullarını qaytaracağıq. Təəssüf ki, bundan sonra onlarla əlaqə saxlamaq heç cür mümkün olmadı.”Ağsu Polis Şöbəsinindən narazılıq....
Bir neçə gün sonra şikayətçi Rüstəm Qarayev ölkə rəhbərliyinə, Daxili İşlər Nazirliyinə kömək üçün müraciət edib. Hər dəfə də R.Qarayevin müraciəti Ağsu rayon Polis Şöbəsinə yönləndirilib. Ağsu rayon Polis Şöbəsinin istintaq qrupu R.Qarayevi zərərçəkmiş kimi tanısa da , heç bir əməli iş görməyib.
Sual olunur: Əgər rəis müavini Vüsal Əliyevin bu işdə əli yoxdursa, niyə zərərçəkmiş Rüstəm Qarayevə zəng edərək İbrahimgilin onunla görüşüb məsələni həll edəcəklərini deyirdi?Ağsu Polis Şöbəsinindən narazılıq....
Ağsu Polis Şöbəsinindən narazılıq....
Əgər polis əməkdaşı Ruslan adlı şəxsin bu işdə günahı yoxdursa, niyə İbrahimlə tez-tez telefon danışığı aparırdı?

Üzümüzü Daxili Işlər naziri hörmətli Vilayət Eyvazova tutaraq, onun bu işi nəzarətində saxlayacağına ümid edirik. Yalnız bu halda məsələ öz ədalətli həllini tapar.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi