azia.az
azia.az

Doğuş zamanı ölən anaların sayı artıb - ARAŞDIRMA

Bu gün, 12:22

Hər bir qadın ana olmaq istəyir. 

Lakin əfsuslar olsun ki, bəzi doğuşlar faciə ilə nəticələnir. Yəni ya ana, ya da uşaq doğuş zamanı dünyasını dəyişir.

Doğuş zamanı ana ölümlərinə səbəb əsasən tibbi xidmətin keyfiyyətsizliyi və vaxtında müdaxilənin olmamasıdır. Ən çox rast gəlinən səbəblər sırasında qanaxma, infeksiyalar və yüksək təzyiq kimi ağırlaşmalar var. 

Bəs Azərbaycanda bununla bağlı vəziyyət necədir? 

"Cebheinfo.az" ölkəmizdə son 10 ildə doğuş zamanı ana ölümlərini araşdırıb.

İllərə görə rəsmi statistika aşağıdakı kimidir:

* 2014-cü il - 25 ana
* 2015-ci il - 24 ana
* 2016-cı il - 22 ana
* 2017-ci il - 21 ana
* 2018-ci il - 17 ana
* 2019-cu il - 21 ana
* 2020-ci il - 20 ana
* 2021-ci il - 20 ana
* 2022-ci il - 18 ana
* 2023-cü il - 33 ana
* 2024-cü il - 29 ana.

Göründüyü kimi ölkəmizdə son illərdə doğuş zamanı qeydə alınan ana ölümləri sayında artım var.

Elmir


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi