azia.az
azia.az

Dadına görə yeyilmir, amma faydası çoxdur

8-09-2021, 08:44

Dadına görə yeyilmir, amma faydası çoxdur
Şamama digər yemiş növləri kimi şirin olmadığından turş və xoşagəlməz dadına görə yeyilmir, ondan mürəbbə hazırlanmır. Lakin ətrinə görə şərbət, desert və bəzi şirniyyatların hazırlanmasında istifadə edilir.

Xəbər verilir ki, güclü qoxusu sayəsində meyvəsi, əsasən, müsəlman ölkələrində, İran, Misir və Şimalı Afrika ölkələrində xüsusilə sevilir.

Amerikalı bağban Emi Qoldmanın yazdığına görə, şamama ən azı min ildir ki, məlumdur. Böyük Britaniya kraliçası Annanın cib qovunu kimi tanınan şamama ABŞ-ın bostanlarında alaqotu kimi böyüyüb. Onun Şimali Amerikaya aparılması fransızlarla əlaqələndirilir.

Ərəb dilindən adının tərcüməsi xoş, gözəl qoxu mənası verən şamamanın ləti şirin deyil, lakin təbiət ona inanılmaz ətir bəxş edib. Onun yetişmiş meyvəsi təbii və zərərsiz təravətləndirici olaraq otağı 10 gün müddətində, yəni meyvə yumşalmağa başlayanadək xoş ətir ilə doldura bilər.

Şamamanın meyvələrini dəbdəbəli paltarlarının cibində ətirli top kimi saxlayan Viktoriya dövrünün xanımları da onun ətirli xüsusiyyətləri barədə məlumatlı idilər. Həmin dövrdə cib və çantada gəzdirilən şamamadan bədən qoxusunu gizlətmək üçün bir ətir kimi istifadə olunurdu. Keçmişdə şamama evin bir sıra yerlərindən asılır, gəlin cehizinə əlavə edilər, paltar arasına və əsgərliyə gedənlərin boğçasına qoyularmış. Tibdə şamama iyləmənin beyin üçün çox faydalı olduğu qeyd edilir.

Müasir dövrdə də şamama ətrinin xoş əhval-ruhiyyə yaratdığı, depressiya və streslə mübarizə aparmağa kömək etdiyi, əsəb gərginliyini aradan qaldırdığı məlumdur. Lakin bütün yaxşı şeylər kimi, şamamanın istifadəsi də odekolon, daha sonra ətirlərin yaranması ilə unuduldu. Halbuki onun ətri təbiidir və sağlamlıq üçün daha faydalıdır.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi