azia.az
azia.az

Dövlətə xəyanət, müxalifətçilik deyil

5-01-2019, 22:08

Dövlətə xəyanət, müxalifətçilik deyil
Son zamanlar Azərbaycan dövlətçiliyinə qarşı bu cür təxribatçı fəaliyyətin çoxalması ölkə ictimaiyyəti arasında da narahatlıq doğurur. Çünki bu, bütövlükdə Azərbaycanın inkişafını görmək istəməyənlər tərəfindən, dövlətçiliyimizə qarşı yönələn sistemli təbliğatdır. Bu fəaliyyətə çəlb edilənlər Azərbaycanın siyasi və ictimai həyatından uzaq düşən qazanc üçün Avropa və digər ölkələrə üz tutanların arasından seçilirlər.
Müasir Azərbaycanın sistemli inkişafını həzm edə bilməyən bəzi qüvvələr, ölkələrin simasını dəyişmək üçün, Azərbaycanı çirkin ideoloji mübarizə meydanına çevirərək, milli əxlaqi dəyərlərin məhv edilməsinə, milli-mədəni və əxlaqi dəyərlərin unutdurulmasına və milli şüurun məhv edilməsinə yönəlmiş addımlar atırlar. Onlar səhnəyə çıxardıqları bu rolun ifaçılarını, Azərbaycandövlətdən narazı və ya pul naminə simasını sata bilən vətəndaşları arasından seçərək bu fəaliyyətə cəlbedir, mətbuat, internet və televiziyalarda çıxışlarını təmin edir və bunu “müxalifət” adı ilə pərdələməyə çalışırlar.
Qərbin bu meyarlarına uyğun gələn insanlarda torpaq, vətən təsübkeşliyi, dövlət bayraq sevgisi olmur. Bu insanlar çox pul qazanmaq, qazanc əldə etmək, firəvan həyat qurmaq arzularını həyata keçirmək üçün tələyə düşürlər. Belələri unudurlar ki, siçan tələsində müftə pendir olmur. Sən tələdəki pendirdən dadmaq istədinsə həyatını o pendirə qurban verməli olursan.
Qərbin bəzi dairələrinin tələsinə düşən Azərbaycan vətəndaşları, onlara təklif olunan başgicəlləndirici məbləğlər qarşısında hər cür ləyaqətsizliklərə təhrik edilir, şəxsiyyətləri alçaldılır. Belə insanlar öz milli qürurlarını unudaraq sanki proqramlaşdırılmış robotlar kimi hərəkət edirlər.
İnsanları öz əxlaqi dəyərlərindən uzaqlaşdırılması, onların milli-mədəni dəyərlərinin unutdurulmasına, milli mənliyklərinin itirilməsinə və milli şüurun, onun soy kökünə uyğun olmayan yad elementlərlə yüklənməsinə gətirib çıxarır. Bütün bunlar insanlarda köləlik psixologiyasını güçləndirir və laqeyidlik hisslərinin vərdişə çevrilməsinə xidmət edir, insanların şüurundan torpaq, vətən, namus, qeyrət hissi silinir, insanlar sanki robota çevrilərək ətrafda baş verənlərə qarşı laqeyid olurlar.
Belə fəaliyyətləri həyata keçirən institutların həm prespektiv və həm də cari planlara malik olurlar. Prespektiv plana onlar istinad etdikləri ölkənin televiziyalarında və internet proqramlarında bayağı verilişlər, internetdə seksual və homoseksual əxlaqa zidd görüntülər təbliğ etdirilir.
Əsasən “yenilik” kimi tətbiq edilən bayağı təbliğat vasitələri insanları tədricən, öz ənənəvi vərdişlərindən uzaqlaşdırır, insani hisslərdən məhrum edir və psixologiyasını yeni formaya salır. Bu onların yaşadıqları həyatda elə maraqlı alınır ki, insanlar özlərinəqarşı düşmənçilik etdiklərini ağıllarına belə gətirmirmədən, bu fəaliyyətdən maraqla yararlanırlar.
Cari planlarənda isə tələyə saldıqları fərdlərdən ölkənin imizinə zərər vururlar. Bu şəxslər insanlar arasında qıcıq və intiriqa yaratmaq məqsədi ilə hətta söyüş və təhqir etməkdən belə çəkinmirlər. Lakin praktikada onların belə cəhdləri o qədər də uğurlu alınmır. Beləki, söyüş və təhqirlərlə nüfuzlu şəxsləri gözdən salmaq istəyən adamların fəaliyyətləri sosial şəbəkələrdə əksəriyyət tərəfindən nifrətlə qarşılanır. Belə zərərli fəaliyyət bir müddət gündəmdə olsada vərdişə çevrilmir, cəmiyyət tərəfindən hələlikqarşısı alına bilir.
Bəzi qərb dairələri ölkəni xaosasürükləmək üçün,söyüş və təhqirləri, söz və ifadə azadlığı kimixalqa sırımaqla, nüfuzlu şəxsləri və milli qəhrəmanları gözdən salmaqla, ölkədə qarışıqlıq yaratmağa, iqtisadi sahədə sağlam rəqabətə mane olmaq üçün mübarizəni siyasi sistemə yönəldirlər. Çünki sağlam rəqabət, ölkələrin idarəçilik sistemlərinin inkişafına və təkmilləşdirilməsinə təkan verir.Bəzi siyasi institutlar və sistemlər isəinkişafda olan ölkələrin siyasi həyatda sağlam rəqabət mühitini qəbul edə bilmirlər.
Əslində torpağını sevərək, dövlətini qurmaq üçün müxalifətdə olmaq qəbahət deyi, amma dövlətini dağıtmaq üçün müxalifətdə olmaq xəyanətdir.
Özlərini “müxalifət” adlandıran bəzi Azərbaycan vətəndaşları xarici ölkələrdə yaşam hüququəldə etmək üçün siyasi institutların qurduğu bu tələlər ətrafında dövrə vuraraq yem əldə etmək istəyirlər.Heç cür anlamaq istəmirlər ki, işi, ünvanı olmayanların heç olmasa son məqamda geri dönməyə üzü olmalıdır. Çünki sahibsiz küçə itləri həyatı heç vaxt mənalı olmayıb.
Kucə itləri həmisə sakit və firəvan həyat arzulayırlar,amma bu onlara heç vaxt qismət olmur. Cunkü onların nə daimi unvanları nə də daimi dostları yoxdur. Onlar həmisə onlaı taniyanlardan kötək yediklerinə görə daim qacırlar. Buna gorə də Köhnə ünvanlar onlara dar məzar kimi görünür. Küçə itləri həmisə yeni unvan, yeni qapılarda sülenirlər ki, mərhəmət qazansınlar. Lakin faydasi olmur, itlərin sülənən olduqları tanınan kimi dallarına hər tində bir tolamazdı dəyir.
Onlarin həyatları boyu axtardiqları yer yeni ünvan, öldükleri yer ise zibilxanalar olur. Kücə itlərinə mənalı həyat qismət olmadıgı kimi hec sərəfli ölüm də qismət olmur...

Faiq İsmayılov


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi