azia.az
azia.az

Sumqayıtda məktəblərin stadionu satılıb - Video

24-05-2017, 15:42

Sumqayıtda məktəblərin stadionu satılıb - Video


Sumqayıtdakı 5 və 16 nömrəli məktəblərin idman meydançası tikinti şirkətlərinə satılıb və orada hündürmərtəbəli binalar ucaldılıb.

azia.az ARB 24-ə istinadən xəbər verir ki, hazırda analoji hadisə 21 nömrəli orta məktəbin idman meydançasında yaşanır. Həmin ərazidə yaşayan sakinlər təhsil müəsissəsinin stadionunun qəsdən dağıdıldığını və qeyri-qanuni olaraq tikintinin aparıldığını deyirlər. Əlavə edirlər ki, faktla bağlı Təhsil Nazirliyinə müraciət edilib və qurumdan bildirilib ki, burada heç bir tikinti aparılmayacaq.

Bundan başqa, məktəbin yolu da dağılaraq bərbad vəziyyətə salınıb. Sakinlər deyirlər ki, əvvəllər burada asfalt örtüyü olub və yolu bu hala ağırtonnajlı maşınlar gətirib çıxarıb.

Məsələ ilə bağlı üz tutduq 21 nömrəli məktəbə. Tədris ocağının direktoru müxtəlif bəhanələrlə suallara cavab verməkdən imtina edib. Yalnız bildirib ki, stdionda heç bir tikinti işləri aparılmayacaq. Yaxınlıqda hündürmərtbəli binalar inşa edən şirkətdən isə cavab verən olmayıb. Əksinə çəkilişə mane olmağa çalışıblar.

Sumqayıt şəhər İcra Hakimiyyətinin Memarlıq və Şəhərsalma idarəsindən bildiriblər ki, mövcud vəziyyətdən xəbərləri var. Qapalı mini futbol meydançası yaradılıb, həmin ərazidə tikinti işlərinin qanuni şəkildə həyata keçirilməsi üçün sənədləşmə işlərinə başlanılıb.



OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi