azia.az
azia.az

Əflatun Amaşov: “Yaya qədər jurnalistlərin evləri paylana bilər”

7-04-2017, 16:32

Əflatun Amaşov: “Yaya qədər jurnalistlərin evləri paylana bilər”


“Jurnalistlər üçün inşa edilmiş binada mənzillərin təmiri işləri hazırda çox sürətlə davam edir. Binada görülən işlər bu ilin yayına qədər yekunlaşa bilər”.

Bunu Publika.az-ın sualına cavabında Milli Məclisin deputatı, Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov bildirib. Ə.Amaşov deyib ki, evlərin jurnalistlər arasında bölünməsi isə bu ilin yayında baş tuta bilər: “Ancaq hələ ki, bununla bağlı dəqiq məlumata malik deyilik. Adətən soruşurlar ki, ev almaq üçün hansı sənədlər tələb olunacaq və bu il əlavə sənədlər olacaqmı və sairə. Hələlik bu məsələ ilə bağlı ortaq məxrəcə gələ bilməmişik. Bu dəfə hansı meyarlar olacaq, bununla bağlı dəqiq məlumatım yoxdur. Əgər evlərin təmiri işləri bu ilin yayına qədər yekunlaşsa və mənzillərin paylanılması mümkün olsa, bundan bir ay öncə də sənədlərin toplanılması həyata keçiriləcək”. Evlərin hamısının verilməyəcəyi ilə bağlı yayılan xəbərlərə də toxunan Ə.Amaşov qeyd edib ki, bu barədə hər hansı məlumata malik deyil: “Bu barədə məndə məlumat yoxdur. Düşünmürəm ki, belə olsun. Çox güman ki, evlər hazır olan kimi jurnalistlər arasında bölünəcək”.
Vasif Həsənli


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi