azia.az
azia.az

“Azəryol” yarımfinalda!

24-02-2016, 09:15

“Azəryol” yarımfinalda! Qadın voleybolçular arasında CEV kubokunun “Çelenc raund” mərhələsinin cavab oyunlarına start verilib. Yarımfinala gedən yolda Bakının “Azəryol” klubu “Novara”nın qonağı olub.
Gərgin keçən qarşılaşmada sevinən tərəf təmsilçimiz olub.
İlk matçda 3:1 hesablı qələbə qazanmış voleybolçularımıza ikinci qarşılaşmda 2 set qazanmaq kifayət edirdi.
Oyun isə gözləildiyi kimi çox gərgin məcrada keçib. İlk seti məğlub olan "yolçəkənlər" ikinci setdə çətinliklə də olsa, qalib gələ biliblər. Ziya Rəcəbovun yetirmələri 3-cü seti də uduzduqdan sonra, 4 - cü hissədə çox da güc sərf etməyərək qarşılaşmanın taleyini "Qızıl set"ə daşıyıblar.
Həlledici setdə isə 15:13 hesabı ilə qələbə qazanan "Azəryol" yarımfinala adlamağı bacarıb.
11 fevral
CEV kuboku
Çelenc raund, cavab oyunu
“Novara” (İtaliya) - “Azəryol” (Azərbaycan) - 3:2 (25:23, 26:28, 25:23, 25:18, 13:15)
Hakimlər: Kirill Nesterenko (Rusiya), Boris Skudnik (Sloveniya)
Novara, “Sportinq” Sarayı
İlk oyun: “Azəryol” (Azərbaycan) – “Novara” (İtaliya) - 3:1 (25:19; 25:17; 23:25; 25:17)


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi